Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:43

İran fəalların ailələrini təqib etməyi ‘dayandırsın’


Maedeh Hojabri-nin Instagram hesabı
Maedeh Hojabri-nin Instagram hesabı

Üç insan haqları təşkilatı İran hakimiyyətini fəalların və jurnalistlərin ailələrini “təqib və təhdid etməyi” dayandırmağa çağırıb. Qurumlar bunun narazıları və tənqidi susdurmaq taktikası olduğunu deyirlər.

Human Rights Watch (HRW), İranda İnsan Haqları uğrunda Mərkəz (CHRI) və İran üçün Ədalət təşkilatı avqustun 9-da belə bir müraciətlə çıxış ediblər.

Ötən ay İranın dövlət televiziyasının yayımladığı müsahibədə bir qadın İranda məcburi hicab qaydalarına qarşı çıxan bacısını pisləyrdi.

BACISINI PİSLƏYƏN QADIN

Mina Alinejad müsahibədə deyirdi ki, televiziyaya öz istəyilə çıxıb. Ancaq bacısı Masih daha sonra iddia etdi ki, İran hakimiyyəti onun ailəsinə dövlət televiziyasına çıxıb onu pisləmək üçün təzyiq göstərir.

Masih Alinejad
Masih Alinejad

Mühacirətdə yaşayan jurnalist Masih Alinejad 2014-cü ildə Gizlin Azadlığım adlı populyar onlayn kampaniya yaradıb. Məqsəd İranda qadınların məcburi hicab taxmasına etirazdır.

HRW və digər iki insan haqları qurumları bəyanatda bildirirlər ki, İranda hökumətin idarə etdiyi IRIB kanalı “daima İranın tənqidçilərini və onların ailə üzvlərini televiziyaya çıxarır, onlar ‘etiraflar’ edir, yaxud da özlərini gözdən salan ictimai bəyanatlar verməyə məcbur olunurlar”.

Instagram hesabında rəqs videoalarını yerləşdirən yeniyetmə Maedeh Hojabri ilin əvvəlində saxlanıb. O, ötən ay dövlət televiziyasında əxlaq qaydalarını pozduğunu etiraf edib.

“Tənqidçilərini susdurmaq üçün ailə bağlarından sui-istifadə edən hökumət vətəndaşlarının hüquqlarına, yaxud adi ədəb qaydalarına sayqı göstərməyən hökumətdir”, – CHRI-nin rəhbəri Hadi Ghaemi deyib.

XS
SM
MD
LG