Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:13

'Panama sənədləri'nə görə 4 nəfərə ittiham irəli sürülüb


"Panama sənədləri"nə aid karikatura
"Panama sənədləri"nə aid karikatura

ABŞ-da prokurorlar “Panama sənədləri”nin arxasında duran şirkətlə əlaqələri olan dörd nəfərə ittiham irəli sürüb. Həmin sənədlərlə ABŞ-da vergidən yayınmaq üçün qlobal sxemi ifşa edilmiş, nəhəng maliyyə və hüquqi informasiya yayılmışdı.

Menhetten federal prokurorları dekabrın 4-də yaydıqları bəyanatda həmin dörd nəfərdən ikisinin alman, birinin amerikan, birinin isə panamalı olduğunu, onlardan üçünün artıq həbs olunduğunu bildirir.

***Buna da bax: 'Cənnət sənədləri' açıqlanıb

Keçmiş ABŞ rezidenti, Panamanın Mossack Fonseca & Co. hüquq şirkətinin müştərisi olan Harald Joachim von der Goltz dekabrın 3-də Londonda saxlanıb.

Daha bir şəxs ötən ay Parisdə, bir mühasib isə dekabrın 4-də Massaçusets ştatında həbs olunublar. Dördüncü təqsirləndirilən – Mossack Fonseca-nın vəkili isə azadlıqdadır.

Prokurorlar bildirirlər ki, bu ilin əvvəlində bağlanmış Mossack Fonseca özünün və müştərilərinin sərvətini saxlamaq üçün Birləşmiş Ştatların vergi qanunlarından yayınmağa çalışıb.

Adıçəkilən dörd şəxs konspirasiya və vergi fırıldağında ittiham olunurlar.

“Panama sənədləri” 11 milyon gizli sənəddən ibarət idi, ilk dəfə Almaniyanın Suddeutsche Zeitung qəzetinə ötürülüb. Sonradan Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumu ilə paylaşılan bu sənədlər 2016-cı ildə xəbər təşkilatları ilə birlikdə dərc olundu.

Bu sənədlər Azərbaycanın hakim ailəsinin üzvlərinin də xarici əmlaklarını, biznesini üzə çıxarmışdı.

***Buna da bax: Azərbaycanın birinci ailəsinin Londondakı şəxsi mülklərinin siyahısı

Prezident ailəsinin biznesiylə bağlı rəsmi açıqlama verilməsə də, hakimiyyətin bəzi təmsilçiləri prezidentin ailə üzvlərinin biznes fəaliyyətində qanunsuzluq olmadığını bildirib.

***Buna da bax: Britaniya firması Əliyeva bacılarına görə intizam tribunalına verilib

XS
SM
MD
LG