Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:53

Facebook 300-dən çox hesabı bağlayır – Azərbaycan da var


Arxiv fotosu
Arxiv fotosu

Sputnik bildirib ki, rus dilindəki xəbərləri “müvəqqəti olaraq Sputnikin erməni dili səhifəsində dərc olunacaq”.

“Ermənicə səhifənin də bloklanma ehtimalı olduğundan bizi Telegram, VKontakte, Twitter və digər platformalarda izləməyinizi xahiş edirik”, – Sputnik Facebook-dakı bəyanatında bildirib.

RIA Novosti dövlət xəbər agentliyinin yaydığı bəyanatda isə Sputnik Facebook-un qərarını “açıq-aşkar siyasi” adlandırır, “senzuraya bərabər olduğunu” deyir.

***

ABŞ-da prezident seçkisindən iki ildən çox keçir, ancaq Facebook sosial şəbəkəsi hələ də Rusiyanın dezinformasiya kampaniyası ilə problem yaşamaqdadır. Şirkət bu gün - yanvarın 17-də bildirib ki, Facebook-da 289 səhifəni və 75 hesabı bağlayıb. Bu hesabların Putin rejiminin geosiyasi maraqları olan regionlarda təbliğat yaydığı qeyd olunur.

Sosial şəbəkənin bildirməsinə görə, şirkət Rusiyadan başladılan iki əməliyyat aşkarlayıb, aralarında birbaşa əlaqə olmasa da, oxşar taktikadan istifadə ediblər.

Əməliyyatlardan biri Ukraynanı hədəfə alıb, digəri isə Baltik, Orta Asiya, Qafqaz, Mərkəzi və Şərqi Avropada fəaliyyət göstərib.

“Bu səhifələri və hesabları postlarının məzmununa görə deyil, davranışlarına görə qapadırıq. Bu fəaliyyətin arxasında duranlar özlərinin təqdimatı üçün saxta hesablardan istifadə ediblər”, – sosial şəbəkənin kibertəhlükəsizlik siyasəti üzrə rəhbəri Nathaniel Gleicher yazır.

İllüstrativ foto
İllüstrativ foto

Gleicher deyib ki, ümumi maraq səhifələri kimi görünən bəzi hesablar Kremlin propaqanda aləti olan Sputnik əməkdaşlarına bağlı olub, bəzi hallarda onlar etiraz hərəkatlarını həvəsləndirib, Putin siyasətini təbliğ edilər.

Sputnikin Ermənistandakı rusca səhifəsinin də qapadıldığı bildirilir.

Özünü müstəqil xəbər səhifəsi, yaxud hava, səyahət, idman, iqtisadiyyat kimi ümumi mövzularla bağlı olduğunu bildirən səhifələrin hədəfə aldığı ölkələr sırasında Azərbaycanın da adı çəkilir.

Özlərini yanlış təqdim etmələrinə baxmayaraq, bu səhifələrin və hesabların Moskvada mənzillənən Sputnik xəbər agentliyinin əməkdaşlarına bağlı olduğunu üzə çıxardıq. Bu səhifələrdə tez-tez anti-NATO, etiraz hərəkatları, korrupsiya mövzularına toxunulurdu”, – Gleicher yazır.

Sosial şəbəkə rusiyalı operatorların ümumilikdə reklam üçün 135 min dollar ödədiyini bildirir.

“İlk reklam 2013-cü ilin oktyabrında, sonuncu 2019-cu ilin yanvarında yerləşdirilib”, – məlumatda deyilir.

XS
SM
MD
LG