Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 20:24

30 yaşlı internet ‘sahibsiz pişikdir’mi?


İllüstrativ foto
İllüstrativ foto

30 il öncə Cenevrə yaxınlığında yerləşən CERN fizika laboratoriyasında çalışan Tim Berners-Lee bütün dünyanı əhatələyən şəbəkəni (World Wide Web) kəşf elədi. Bu sistemin ilkin məqsədi alimlər arasında informasiyanın paylaşılması idi. Amma sonucda bəşəriyyəti tamamilə dəyişməyi bacardı.

İnternetin yaranışından 30 il keçir. İndi Tim Berners-Lee xəbərdarlıq edir ki, onun ixtirasını “dələduzlar ələ keçirib” və bu da ümumdünya şəbəkəsinin sonunu gətirə bilər. Bu haqda “Frans Pres” agentliyi yazır.

“Tim çox işləyirdi. Onun ofisində işıqlar həmişə yanırdı”. Bunu texnik Francois Fluckiger deyir. Berners-Lee 1994-cü ildə Massaçusets Texnologiya İnstitutuna (MIT) gedəndən sonra veb komandasının başına o keçib.

Tim Berners-Lee, 2011-ci il
Tim Berners-Lee, 2011-ci il

Berners-Lee laboratoriya ilə əməkdaşlıq edən alimlərin öz işlərini bir-birləri ilə paylaşa bilmələrini istəyirdi. İnternetin primitiv forması, kompüterləri birləşdirən şəbəkə əvvəl də vardı, amma veb səhifələrin toplanaraq brauzerlə baxılmasına “World Wide Web” şərait yaratdı.

“İlk vaxtlarda hiss edirdik ki, tarix yaradırıq”, – Fluckiger deyib.

1990-cı ildə isə belçikalı alim Robert Cailliau ixtiranı daha da irəli aparır, vebsəhifələrin yaradılması üçün Hypertext Markup Language (HTML) standartından istifadə edir. Onlar istifadəçilərin hiperlinklərə basaraq mənbələrə daxil olmasına imkan verən Hypertext Transfer Protocol (HTTP) və vebsayt ünvan sistemi kimi Uniform Resource Locators (URLs) yaradırlar.

1990-cı ilin sonunda Berners-Lee CERN-də ilk veb naviqator serverini işə salır.

NƏZARƏTSİZ BƏDHEYBƏT?

Hazırda istefada olan Fluckiger internetin yaranışını 20-ci əsrdə rəqəmsal cəmiyyətə təkan verənüç böyük kəşfdən biri adandırır. Digər ikisi isə Internet Protocol (IP) və Google-un axtarış alqoritmləridir. Amma o, “internetdə qorxutmanı, saxta xəbərləri və kütləvi isteriya”nı gizliliyə təhdidlər kimi sıralayır.

İnternet cinayətkarlığı
İnternet cinayətkarlığı

“Hər kəs özünə sual verməlidir, əcəba, biz nəzarətsiz bir bədheybətmi yaratdıq?” – o sual edir.

Berners-Lee isə “interneti xilasetmə” kampaniyası başladıb.

Ötən noyabrda Lissabonda Veb Sammitində o, yeni “Veb Kontraktı” imzalamağa çağırıb, bu sənədin kökündə hamı üçün çıxış və fundamental gizlilik hüququ dayanmalıdır.

“İnterneti dələduzlar və trollar ələ keçiriblər, bütün dünyada adamlarla manipulyasiya üçün ondan istifadə edirlər”, – Berners-Lee dekabrda “The New York Times” qəzetində yazırdı. O, təhdidlər sırasında qaranlıq interneti, kibercinayətkarlığı, saxta xəbərləri, şəxsi məlumatların oğurlanmasını misal çəkirdi.

Yanvarda isə “internetin atası” adlanan Berners-Lee Davosda Dünya İqtisadi Forumunda qlobal elitaları onlayn debatların “qütbləşməsi”nə qarşı mübarizəyə qoşulmağa səslədi. O, fərqli fikirlər və tarixçələri olan şəxsləri birləşdirən müzakirə platformalarının yaradılmasına çağırdı.

***Buna da bax: İnternetin Azərbaycan qarşılığı: sahibsiz pişik, «bespredel», güclü dövlət...

XS
SM
MD
LG