Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:37

Dünyada edamlar azalır


Belarusda sovet dövrü edamlarının qurbanları anılır, arxiv fotosu
Belarusda sovet dövrü edamlarının qurbanları anılır, arxiv fotosu

Ötən il dünyada bəlli edamların sayı 2017-ci ildəkindən 30 faizədək azalıb və son on ildə ən aşağı səviyyəyə enib. Bunu Amnesty International insan haqları təşkilatı ölüm hökmləri və edamlarla bağlı illik hesabatında bildirir.

Ancaq Belarus daxil azsaylı ölkələr bu ümumi cərəyana qarşı çıxırlar. Edamların gerçəkləşdiyi yeganə Avropa ölkəsi Belarusda 2018-ci ildə dörd nəfər edam olunub və bu, 2017-ci ildəkindən iki dəfə çoxdur.

İran “ölüm cəzasının adi hal sayıldığı ölkə” olaraq qalır. Ancaq qurum bildirir ki, İranın narkotiklə bağlı qanunlarında dəyişiklik edamların “50 faizədək” azalmasıyla sonuclanıb.

Ancaq yenə də, İranda edamlar “ədalətsiz məhkəmələrdən sonra həyata keçirilir”.

Pakistan, İraq və Somalidə də “edamların sayında ciddi azalma” var. Bu 2018-ci ildə dünyada edamların sayının azı 690-a düşməsinə gətirib. 2017-ci ildə bu göstərici 993 idi.

ABŞ-da edam kamerası, arxiv fotosu
ABŞ-da edam kamerası, arxiv fotosu

“Dünyada edamların sayında dramatik azalma onu göstərir ki, hətta gözlənilməz ölkələr belə yollarını dəyişirlər, anlayırlar ki, ölüm cəzası cavab deyil”, – Amnesty International-ın Baş katibi Kumi Naidoo deyib.

İRANDA EDAMLAR

Bu statistikaya Çin daxil deyil, dünyanın “aparıcı cəlladı” olan bu ölkədə “minlərlə adamın edam edildiyi düşünülür, ancaq bu rəqəmlər dövlət sirri sayılır”, – hesabatda deyilir.

Ötən il İranda məhkəmə qərarıyla 253 edamın həyata keçirildiyi vurğulanır. Bu, 2010-cu ildən bəri ən aşağı göstəricidir.

İranda edam olunanların 160 nəfəri (155 kişi və 5 qadın) qətldə təqsirli biliniblər.

Bundan başqa “Allaha ədavət”, “siyasi fəaliyyət”ə görə edam olunanlar var.

Ötən illərdən fərqli olaraq, İranda ictimai şəkildə daşqalaqla heç kəs öldürülməyib, amma azı 13 nəfər hamının gözü qarşısında asılıb.

Hesabatda 17 yaşında məişət və cinsi zorakılıq qurbanı olmuş Zeinab Sekaanvand-ın Qərbi Azərbaycan vilayətində “ədalətsiz məhkəmədən” sonra edamına xüsusi diqqət ayrılır. O, 17 yaşında ərini öldürmək ittihamıyla həbs olunub, 20 gün ərzində “kişi polislərin işgəncəsinə məruz qalıb, bədənində döyülmə izlərindən yer qalmayıb”, nəhayət ərini bıçaqladığını “boynuna alıb”.

Ancaq məhkəmədə ifadəsini geri götürüb, ərinin öz qardaşı tərəfindən öldürüldüyünü, sonra isə onu zorladığını deyib. Amnesty bildirir ki, məhkəmə qadının dediklərini araşdırmayıb, onun işgəncə nəticəsində verdiyi “ifadə”yə etibar edib.

Pakistanda ötən il 14 kişi edam olunub, onlardan biri antiterror məhkəməsi tərəfindən təqsirli bilinib.

Bu, 2017-ci ildəkindən 77 faiz, 2016-cı ildən 86 faiz azalma deməkdir.

XS
SM
MD
LG