Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:19

Ekspert: ‘Ən böyük təhlükə ‘bazarkom’ məktəb direktorları, pulyığan müəllimlərdir’


Anası hərbçinin həbsdə damarlarını kəsdiyini deyir. Nazirliyin reaksiyası
Gözlə

No media source currently available

0:00 0:15:22 0:00

Anası hərbçinin həbsdə damarlarını kəsdiyini deyir. Nazirliyin reaksiyası

Azərbaycanın orta məktəblərində şagirdlər zorakılıqdan, gözümçıxdıya salınmaqdan necə qorunur, məktəblərdəki təhsil şəraiti nə dərəcədə təhlükəsizdir? Aprelin 4-də 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharı haqda xəbərlər yayılandan sonra mediada və sosial şəbəkələrdə bu sual tez-tez səslənir.

Ötən həftənin sonu Bakıda Elina Hacıyeva ilə bağlı keçirilən etiraz aksiyasında da valideynlər Təhsil Nazirliyindən məktəblərdə şagirdlərin qorunması üçün tədbirləri gücləndirməyi tələb edirdilər.

Uşağın dırnağındakı lakı görən müəllimə onun göz yaşını görmür

Bakı sakini, müxalifyönlü yazar Zümrüd Yağmurun da iki qızı məktəbdə oxuyur. O deyir ki, övladlarının tək təshillərinə deyil, onların psixoloji və mənəvi durumlarına da hər zaman diqqət ayırıb. Amma buna baxmayaraq deyir ki, övladlarının təhlükəsizliyi onu çox narahat edir:

“Bir dəfə müəllim mənim qızımın qolunu dartımışdı, sinifdə. Uşaq gəldi evə özünü çox pis hiss edirdi, hətta məktəbdən soyumuşdu. Mən getdim məktəbə müəllimlə danışmağa. Müəllimin mənə cavabı o oldu ki, nə olar ki, öldürməmişəm ki? Uşağın psixologiyasına vurduğu ziyan haqda heç fikirləşmirlər belə. Ümumiyyətlə, mətkəblərdə uşaqların ruh halına diqqət yetirilmir. Daha çox zahiri əlamətlərə diqqət verirlər. Məsələn, dırnağına bir balaca lak vursa, bunu dərhal görüb, irad bildirirlər. Amma uşağın gözündə yaş olsa, bunu görən yoxdur”.

Zümrüd Yağmur
Zümrüd Yağmur

Zümrüd Yağmur deyir ki, məktəbdə uşaqlarının rastlaşdığı problemlərlə bağlı heç vaxt müəllimlər ona məlumat verməyib. O özü ya uşaqlarının hərəkətlərindəki fərqi hiss edib, ya da uşaqlarının özü xəbər verib.

"Ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsi”nin 7-ci maddəsində deyilir ki, hər bir şagird sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmalıdır. İnsan ləyaqəti və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmalıdır”.

Bəs, orta məktəblərdə bu tələbələrə nə dərəcədə əməl olunur. Məktəb rəhbərləri üzərlərinə düşən öhdəlikləri icra edə bilirlərmi?

Pəncərələri bağlamaq

Aprelin 12-də təhsil naziri Ceyhun Bayramov keçirdiyi mətbuat konfransında bu məsələyə də toxunub. Deyib ki, bütün təhsil idarələrinə durumu təhlil edib, hesabat hazırlamaq və 30 gün müddətdə təkliflərin təqdim olunması ilə bağlı xüsusi tapşırıq verib:

“Şagird-müəllim, məktəb-müəllim-valideyn münasibətlərinin düzgün formalaşması, məktəbdə sabit mənəvi-psixoloji mühitin təmin edilməsi məktəb rəhbərlərinin ən ümdə vəzifəsidir. Onlar eyni zamanda yüksək sosial risq qrupuna daxil olan təhsil alanların müəyyən edib, onlarla ayrıca iş aparmalıdılar”.

Ceyhun Bayramov onu da deyib ki, Elina Hacıyevanın intiharı ilə bağlı xidməti araşdırma başa çatıb. Araşdırma zamanı məktəb rəhbərliyinin öz vəzifə borcunu icra etmədiyi üzə çıxıb. Məktəb direktoru, onun müavini ilə müqaviləyə aprelin 12-də xitam verilib.

Nazir qeyd edib ki, Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi başlanıb, bu məsələni hüquq-mühafizə orqanları araşdırır.

Mərhum Elina Hacıyevanın oxuduğu məktəbin önündə anım mərasimi keçirilib
Gözlə

No media source currently available

0:00 0:05:02 0:00

Aprelin 13-də Bakıda 8-ci sinif şagirdi Elina Hacıyevanın anım mərasimi keçirilib. Təşkilatçılar arasında Elina Hacıyevanın həmyaşıdı 14 yaşlı, məktəbli Sanay Yağmur da olub:

“Mən də Elina ilə yaşıdam, bəlkə də Elinanı ən çox onun yaşıdı anlaya bilər. Çünki 14 yaş insanın ən çox həyat dolu, dəlidolu anlarıdır. Bu yaşda bir insanın intihar etməsi dəhşətdir. Biz bu hadisədən sonra düşünürdük ki, bu cür halların qarşısını almaq üçün bəlkə Təhsil Nazirliyi hansısa ciddi bir qərar verər. Amma təəssüflər olsun ki, Təhsil Nazirliyinin verdiyi tək qərar pəncərələri bağlamaq oldu. Mən özüm də məktəbliyəm və bizim də məktəbdə pəncərələri bağlamağa başladılar”.

Sosial şəbəkələrdə də məkəblərdə pəncərələrin açılmaması üçün tədbirlər görüldüyünü əks etdirən fotolar yayıldı, amma Təhsil Nazirliyi bu xəbəri təkzib etdi. Nazirlyin açıqlamasında deyilirdi ki, hər hansı məktəbə bu haqda tapşırıq verilməyib.

O ki, qaldı məktəblərdə təhlükəsiz təhsil şəraitinə, şagirdlərin psixoloji və mənəvi durumlarına, təhsil naziri Ceyhun Bayramov bununla bağlı aprelin 11-də əmr imzalayıb. Bütün təhsil idarələrinə məktəblərdə durumun araşıdırlması və nazirliyə təklif verilməsi ilə bağlı tapşırıq verilib.

Ölkədə korrupsiya varsa, məktəbdə olmaya bilərmi?

Təhsil ekpserti Nabatəli Qulamoğlu bir əmrlə bu məsələnin həll olunacağına o qədər də inanmır:

“Nizam-intizam, demokratik, sivil qaydalara əməl olunması məktəblərdə təhlükəsizliyi təmin etməyin əsas yoludur. Bu da bizim orta məktəblərdə yoxdur. Ən böyük təhlükə “bazarkom” məktəb direktorları və onların müavinləridir, pul yığan müəllimlərdir. Bundan başqa müəllimləri onlara aid olmayan işlərə qoşan şəxslərdir”.

Nabatəli Qulamoğlu deyir ki, müəllim şagirdlərin bir-birlərini alçatması kimi hallara yol verməməlidir. Amma reallıqda bəzən müəllim özünün maraqları, maddi səbəblərə görə bütün sinifin qarşısında hansısa bir şagirdi özü alçaldır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Orta məktəbdə müəllimlərin şagirdlərlə rəftarında sizi nə qane etmir?
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

Təhsil Nazirliyi məktəblərdə rüşvətlə ciddi mübarizə apardığını bildirir. Bundan başqa bildirir ki, hər hansı alçaldıcı hərəkət və ya digər hallarla rastlaşan şagirdlərin valideynləri və ya özləri nazirliyin qaynar xəttinə müraciət edə bilərlər.

Amma vaxtaşırı müstəqil mediada nazirliyin qaynar xəttinə gələn şikayətlərin ədalətlə araşdırılmadığı haqda iddialar da yer alır.

XS
SM
MD
LG