Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:33

Pompeo deyir ki, Maduronu Kubaya qaçmağa Rusiya qoymayıb


Müxalifətə qoşulmuş Bolivar Milli Qvardiyasının əsgərləri
Müxalifətə qoşulmuş Bolivar Milli Qvardiyasının əsgərləri

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova isə Pompeo-nun iddiasını təkzib edib, onu “informasiya müharibəsi”nin tərkib hissəsi adlandırıb.

***

ABŞ dövlət katibi Mike Pompeo iddia edib ki, Venesuela prezidenti Nicolas Maduro vətənini tərk edib Kubaya mühacirət etməyə hazır olub, lakin Rusiya onu bu addımı atmaqdan son anda çəkindirib.

Pompeo aprelin 30-da CNN telekanalına deyib: “Onun təyyarəsi artıq uçuş xəttində idi. Biz belə başa düşürük ki, o bu səhər çıxıb getməyə hazır idi, amma ruslar ona qalmalı olduğunu bildiriblər”.

Vladimir Putin (sağda) Nicolas Maduro ilə 2017-ci ilin oktyabrında Kremldə görüşmüşdü
Vladimir Putin (sağda) Nicolas Maduro ilə 2017-ci ilin oktyabrında Kremldə görüşmüşdü

Pompeo əlavə edib ki, son günlərdə Venesuela hökumətinin vəzifəli rəsmiləri üsyan olarsa, tərəf dəyişəcəklərini deyiblər.

Dövlət katibi bu rəsmilərin kim olduğunu deməyib və detallara varmayıb.

Venesuelada toqquşmalar baş verir

Venesuelada müxalifət lideri Juan Guaido hərbiyyəni prezident Nicolas Maduronu devirməyə çağırandan bəri zorakılıqlar baş qaldırıb. Bu arada Birləşmiş Ştatlar da Venesuelada hökumət dəyişikliyi üçün təzyiqlərini artırıb.

Aprelin 30-da Guaido kampaniyanın “yekun mərhələsinə” qədəm qoyduğunu bəyan edib. Onun bu bəyanatından sonra minlərlə tərəfdarı Karakasın küçələrinə çıxıb. Müxalifət tərəfdarları şəhər kənarındakı hərbi hava bazasının qarşısında aksiya keçirirlər.

Bu arada müxtəlif yerlərdə ara-sıra Guaido tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmaların baş verdiyi bildirilir. Tibbi mərkəzlərdən biri 50-dək yaralıya yardım göstərdiyini deyib.

Maduro hökuməti Guaido-nun hərəkətlərini çevriliş cəhdi adlandırıb və bildirib ki, hərbiyyə tamamilə hökuməti dəstəkləyir.

Müdafiə naziri Vladimir Padrino canlı efirdə bəyan edib ki, ordu “legitim hakimiyyəti” müdafiə etməkdə davam edəcək.

Guaido ABŞ başda olmaqla dünyanın 50-dək ölkəsi tərəfindən Venesuelanın keçid prezidenti kimi tanınıb.

O aprelin 30-da La Carlota hərbi hava bazasının yaxınlığında görünüb. Bu baza bir neçə zirehli maşın və ağır silahlanmış əsgərlər tərəfindən mühafizə olunur.

Guaido həm də müxalifət lideri Leopoldo Lopezlə görüşüb. Guaido-nun hökuməti tərk etmələri üçün hərbçilərə etdiyi çağırışını Lopez də dəstəkləyib. Lopez buna qədər ev məhbusu idi. Onun hazırda Karakasdakı Çili səfirliyinə sığındığı xəbər verilib.

Puerto Ordas şəhərində çəkilmiş videoda polis maşınlarının etirazçıların üstünə getməkdən imtina etdiyi görünür:

Vaşinqtonda ABŞ milli təhlükəsizlik müşaviri John Bolton Maduronun üç əsas köməkçisini hakimiyyətin dinc şəkildə Guaido-ya keçməsinə kömək etməyə çağırıb.

Bunlar müdafiə naziri Padrino, Ali Məhkəmənin sədri Maikel Moreno və prezident qvardiyasının komandanı Ivan Rafael Hernandez Daladır.

Bolton iddia edib ki, onların üçü də Maduronun getməsinə tərəfdar olduqlarını bildiriblər.

ABŞ prezidenti Donald Trump və dövlət katibi Mike Pompeo da müxalifətin "Operacion Libertad” (Azadlıq əməliyyatı) əməliyyatını dəstəklədiklərini bəyan ediblər.

Lakin Rusiya, İran, Çin və Kuba Maduronun hakimiyyətini dəstəkləyən ölkələr sırasındadırlar.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan da Maduroya dəstəyini bildirir.

Cənubi Amerikanın demək ola bütün ölkələri Guaido-nu dəstəkləyir.

Venesuelada ara qarışır

“Reuters” şahidlərə istinadla yazır ki, Guaido-nun uniformalı tərəfdarları Maduro-nu dəstəkləyən əsgərlərlə atışır.

ABŞ-ın Milli təhlükəsizlik müşaviri John Bolton Twitter-də yazıb ki, ordu “Konstitusiyanı və Venesuela xalqını qorumalıdır. O, Milli Assambleyanı və legitim institutları demokratiyanın qəsbinə qarşı müdafiə etməlidir”.

“Birləşmiş Ştatlar Venesuela xalqının yanındadır”, – Bolton müdafiə naziri Padrino-ya cavab olaraq tvitində yazıb.

***

Venesuela müxalifətinin lideri Juan Guaido deyir ki, Prezident Nicolas Maduro-nu devirmək planının “yekun mərhələsi”nə başlayıb və “cəsur əsgərlər”in dəstəyinə arxalanır.

Maduro hökumətinin rəsmiləri aprelin 30-da Guaido-nun hərəkətlərini çevriliş cəhdi adlandıraraq pisləyiblər. “Reuters” Guaido və paytaxt Karakasdakı hava bazası yaxınlığında hərbi uniformalı onlarla adamın üzərinə gözyaşardıcı qaz buraxıldığını xəbər verir.

İnformasiya naziri Jorge Rodriguez Twitter-də yazıb ki, hökumət sağ-qanad opponentlərin dəstəklədiyi hərbi “xəyanətkarlar”ın başçılığı ilə kiçik “çevriliş cəhdi”ni önləməyə çalışır.

Müdafiə naziri Vladimir Padrino silahlı qüvvələrin Maduro hökumətini “qətiyyətlə müdafiə etdiyini”, ölkəboyunca bütün hərbi birliklərin kazarma və hərbi bazalarda durumun normal olduğunu bildirdiyini deyib.

La Carlota hava bazası yaxınlığında Nicolas Maduro-ya yaxın hərbçilər
La Carlota hava bazası yaxınlığında Nicolas Maduro-ya yaxın hərbçilər

“Məqam çatıb”

Guaido-nu aralıq dövr prezidenti kimi Birləşmiş Ştatlar və bir sıra ölkələr dəstəkləyir. O, yaydığı videoda La Carlota hava bazası yaxınlığında görünür, zirehli maşınların əhatələdiyi silahlı əsgərlər tərəfindən dövrəyə alınıb.

Guaido deyib ki, küçələrə çıxan əsgərlər Venesuelanın konstitusiyasını qoruyur. Bir gün sonra ölkədə hökumət əleyhinə yürüş planlaşdırılır.

“Məqam çatıb”, – o deyib.

Birləşmiş Ştatlar və 50-dən artıq ölkə Guaido-nu Venesuelanın aralıq dövr prezidenti kimi tanıyıb.

Ağ evin bildirməsinə görə, Prezident Donald Trump-a Venesueladakı durum barədə məlumat verilib və vəziyyəti izləyir.

Rusiya, İran, Çin və Kuba isə sosialist Maduronu dəstəkləyirlər. O, 2018-ci ilin may seçkisindən sonra bu ilin yanvarında ikinci dönəm prezidentliyə başlayıb. Müxalifət seçkini boykot edib, saxtalaşdırma baş verdiyini iddia edib, kütləvi küçə etirazları təşkil edib.

Maduro hökuməti ilə əsaslı iqtisadi əlaqələri olan Rusiya isə martda bu ölkəyə 100-dək hərbi personalın olduğu təyyarələr göndərib. ABŞ hökuməti onların içində xüsusi qüvvələr və kibertəhlükəsizlik ekspertlərinin olduğunu düşünür.

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə başqa mövzularla yanaşı Venesueladakı vəziyyəti də müzakirə edib. Bunu Kremlin sözçüsü Dmitry Peskov deyib.

XS
SM
MD
LG