Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:29

Putini söyən jurnalistə yeni iş təklif olunur


Giorgi Gabunia
Giorgi Gabunia

AzadlıqRadiosunun Rus xidməti xəbər verir ki, Gürcüstanda müxalif Rustavi-2 telekanalının keçmiş baş direktoru Nika Gvaramia deyib ki, “Baş kanal” adlı yeni teleşirkət açır.

Gvaramia Rusitavi-2 telekanalının keçmiş sahibi, biznesmen Kibar Khalvasi-yə qaytarılması barədə məhkəmə qərarından sonra vəzifəsindən azad edilmişdi.

Gvaramia yeni telekanala ilk növbədə Rustavi-2 telekanalının Post Scriptum verilişinin keçmiş aparıcısı Giorgi Gabunianı dəvət edib.

Giorgi Gabunia canlı efirdə Rusiya prezidenti Vladimir Putini ağır söyüşlərlə təhqir etmişdi.

Bunun ardınca jurnalisti efirdən məhrum etmişdilər və o məzuniyyətə getdiyini bildirmişdi.

Lakin avqustun 21-də məlum olmuşdu ki, Rustavi-2 telekanalının yeni rəhbərliyi Gabunianı, habelə kanalın xəbər redaksiyasının rəhbəri Nodar Meladzeni vəzifələrindən kənarlaşdırıb.

Bundan başqa həmin redaksiyanın onlarca işçisi də vəzifələrindən uzaqlaşdırılmışdı.

Rusitavi-2 kanalının yeni rəhbərliyi bu addımını Putinin təhqir olunması ilə əlaqələndirməyib.

Son məlumata görə Rusavi-2 telekanalının xəbər redaksiyasının bütün jurnalistləri istefa veriblər.

Hazırda son 25 ildə ilk dəfə olaraq Rusitavi-2 kanalında xəbər proqramları efirə çıxmır.

***

Gürcüstanın Rustavi-2 televiziyası jurnalistlərinin əksəriyyəti həmkarlarından bir neçəsini işdən çıxarmasına etiraz olaraq işdən gedib.

Rustavi-2-nin jurnalistləri
Rustavi-2-nin jurnalistləri

Jurnalastlər qərarı avqustun 21-də açıqlayıblar. Bundan bir gün öncə isə yeni baş direktor Paata Salia beş aparıcı müxbir və aparıcını işdən çıxarıb.

Vaxtilə Gürcüstanın əsas müxalifət telekanalı olan Rustavi-2-nin yeni sahibi Kibar Khalvashi bir neçə gün qabaq media orqanını satmaq niyyətini açıqlamışdı.

Khalvashi avqustun 12-də deyib ki, Rustavi-2 borclarına görə “fəlakətli” maliyyə durumundadır və buna görə əvvəlki director Nika Gvaramia-nı suçlayıb.

Təxminən bir ay qabaq isə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Gürcüstan Ali Məhkəməsinin 2017-ci il mart qərarını qüvvədə saxlayıb. Məhkəmə qərarıyla Rustavi- 2 üzərində indiki hökumətə yaxın Khalvashi-nin sahibliyi bərpa olunub.

AİHM-nin qərarından sonra Gürcüstanın İctimai Reyestri Rustavi 2-ni Khalvashi-yə qaytardı, o isə dərhal Gvaramia-nı işdən çıxardı.

Tənqidçilərin fikrincə, Khalvashi-nin telekanalda elədikləri administrasiyanın gələn ilə planlaşdırılan parlament seçkiləri öncəsi mediada siyasi narazılığı boğmaq cəhdidir.

Ancaq Khalvashi vaxtilə müxalifətdə olmuş telekanalı siyasi və maliyyə baxımından müstəqil edəcəyini deyir.

XS
SM
MD
LG