Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:46

Talibanla sülh mümkündürmü – Qərb icmalı


Kabildə toy mərasimində öldürülənlərin fotoları
Kabildə toy mərasimində öldürülənlərin fotoları

ABŞ Prezidenti Donald Trump Amerikanı Əfqanıstanda qələbə çalınması mümkün görünməyən müharibədən uzaqlaşdırmaqğı çox istəyir və bunu Talibanla siyasi həll yoluyla gerçəkləşdirməyə çalışır. Ancaq Talibanın digər silahlı qruplara nəzarət edə biləcəyi, yaxud Əfqanıstanın fərqli tərkibli əhalisinin dəstəyini qazana biləcəyi şübhə doğurur. Bu haqda “Project Syndicate” portalında Amin Saikal yazır.

Müəllif diqqəti Birləşmiş Ştatların Talibanla sülh danışıqlarının davam etməsinə baxmayaraq, Əfqanıstanda qanlı münaqişənin can almaqda olmasına çəkir. Kabildə toy mərasiminə hücumda 60-dan çox adam öldürülüb, 200-dək adam yaralanıb. Məsuliyyəti İslam Dövləti silahlı qruplaşmasının Xorasan qanadı üzərinə götürüb. “Bu, Əfqanıstanda təhlükəsizlik durumunun bərbadlığına daha bir misaldır. Bu, Talibanın münaqişəni qızışdıran yeganə silahlı qruplaşma olmadığını göstərir. Bu səbəbdən ABŞ-Taliban sülh paktının müharibədə hansısa fasiləyə səbəb olacağı real görünmür”, – müəllif vurğulayır.

Hazırda Talibanla sülh danışıqlarını ABŞ-ın xüsusi elçisi Zalmay Khalilzad aparır. Əsas dörd məsələ müzakirə olunur: Əfqanıstandakı bütün xarici qüvvələrin buranı nə vaxt tərk edəcəyi; Talibanın əfqan torpağından ABŞ üzərinə düşmən hərəkətləri önləyəcəyinə dair öhdəlik; Talibanla “oyunca” hesab etdiyi Əfqanıstan hökuməti arasında birbaşa danışıqlar; Əfqanıstan ərazisində atəşkəsin əldə olunması.

“Khalilzad ilk iki məqam üzrə Talibanla razılaşma əldə edə bilər, ancaq qalan iki məsələnin reallaşacağına təminat almaq mümkün görünmür. Əfqanıstan hökumətinin zəifliyi və daxili ziddiyyətlər hakimiyyət bölgüsündə Talibana üstünlük verəcək, özəlliklə də ABŞ və müttəfiq qüvvələr buradan gedəndən sonra. Eləcə də Talibanın hakimiyyətə keçməsindən, yaxud hakimiyyətdə tərəfdaşa çevrilməsindən asılı olmayaraq digər silahlı qrupları, özəlliklə də İD-in Xorasan qanadını nəzarətdə saxlaya biləcəyi şübhə doğurur. Eyni fikri Əfqanıstanın fərqli tərkibli əhalisinin dəstəyini qazanmaq baxımından da söyləmək olar”, – məqalədə vurğulanır.

Müəllif ABŞ və müttəfiqlərinin Əfqanıstanda azı daha bir onillik qalmalı olduğunu yazır. “Ancaq Trump tələsir və düşünür ki, ölkədə Mərkəzi Kəşfiyyat İdarəsinin güclü şəkildə mövcud olması Qərb qüvvələrinin nail ola bilmədiyini edəcək. Böyük ehtimalla, bunun özünü aldatma olduğu üzə çıxacaq”, – o vurğulayır.

XS
SM
MD
LG