Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:37

ABŞ Al-Baghdadi reydinin detallarını yayıb


ABŞ xüsusi qüvvələri Abu Bakr al-Baghdadi-nin olduğu binaya yaxınlaşır, Suriyanın İdlib regionu, 26 oktyabr, 2019-cu il
ABŞ xüsusi qüvvələri Abu Bakr al-Baghdadi-nin olduğu binaya yaxınlaşır, Suriyanın İdlib regionu, 26 oktyabr, 2019-cu il

İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının lideri Abu Bakr al-Baghdadi-yə qarşı reydə nəzarət etmiş ABŞ generalı əməliyyatın detallarını açıqlayıb.

Baghdadi oktyabrın 26-da ABŞ xüsusi qüvvələrinin mühasirəyə aldığı tunelə girərək intiharçı jiletini partladaraq ölüb.

ABŞ Mərkəzi Komandanlığının rəhbəri General Kenneth "Frank" McKenzie oktyabrın 31-də deyib ki, al-Baghdadi-nin qalıqları ölümündən sonra 24 saat içində dənizdə basdırılıb.

11 uşaq ərazidən salamat çıxarılıb

Pentaqon gecə vaxtı keçirilmiş əməliyyatın fotolarını və videolarını yayıb.

Videoların birindi Delta Force komandosları al-Baghdadi və digərlərinin aşkarlandığı binanın divarlarına yaxınlaşır. Digər videoda isə Amerika qüvvələri ABŞ komandoslarını binaya aparan vertolyotlara atəş açan yaraqlılara zərbələr endirir.

Əməliyyatdan sonra bina bombalanıb ki, sonradan al-Baghdadi məbədinə çevrilməsin.

ABŞ komandosları binaya bir saat içində vertolyotla çatmaq üçün Suriya daxilində adı açıqlanmayan məkandan qalxıblar, McKenzie deyib.

Al-Baghdadi bomba qoyulmuş jiletini partladanda 2 uşaq həlak olub. Bundan öncə 3 uşağın öldüyü açıqlanmışdı.

On bir uşaq ərazidən salamat çıxarılıb.

İntiharçı jileti geymiş, təslim olmaqdan imtina edən dörd qadın və iki kişi də öldürülüb.

Generalın sözlərinə görə, reyd zamanı xəsarət almış ordu iti, ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının dördillik veteran xidmət başına qayıdıb.

McKenzie reyd zamanı xeyli sayda sənəd və elektronikanın müsadirə olunduğunu deyib, detalları açıqlamayıb.

ABŞ üçün “bir eranın sonu”

Abu Bakr al-Baghdadi-nin ölümü İŞİD-in sonu demək deyil, heç ABŞ-ın Yaxın Şərq və digər yerlərdə islamçı yaraqlılara qarşı hərbi cəhdləri də bitən deyil. Amma Birləşmiş Ştatların Suriyadan çıxmasını və Pentaqonun getdikcə Çin kimi böyük rəqiblərlə daha çox məşğul olmasını nəzərə alsaq, bu, ABŞ xarici və hərbi siyasətində bir eranın sonu ola bilər. Bunu “Reuters” agentliyinin təhlilçisi Peter Apps yazır.

Müəllifin fikrincə, İŞİD-in məğlubiyyəti və Baghdadi-nin ölümü ABŞ-ın gücüylə bağlı paradoksu üzə çıxarır. Birləşmiş Ştatlar planetin istənilən yerinə qüvvələrini göndərən, istənilən yeri vura bilib. Ancaq nə dronlar, nə raket zərbələri, nə xüsusi qüvvələr, nə də yerli müttəfiqlər vasitəsilə ekstremist düşmənləri tam məğlub edə bilib.

Bir hesablamaya görə, indiyədək “terrorla müharibə”də 500 minədək adam öldürülüb. Bu müharibə Birləşmiş Ştatlara birbaşa və dolayısı ilə 6 trilyon dollara başa gəlib. ABŞ bəzi yerlərdən quru qüvvələrini çıxarmağa başlayandan bu maliyyə xərcləri ciddi şəkildə artıb.

Müəllifin fikrincə, Birləşmiş Ştatlar Baghdadi öləndə yəqin şad olub. Amma gələcək qeyri-müəyyəndir və Amerika üçün daha böyük təhlükə yarana bilər.

“Rusiya və Avropa sarıdan narahatlığa baxmayaraq, Pentaqon inanır ki, gələn dəfə Sakit Okeanda müharibəyə hazırlaşmalıdır. Pekinlə münaqişə nə dərəcədə realdır, bilinmir, ancaq baş verərsə, Birləşmiş Ştatların 2-ci Dünya müharibəsindən bəri üzləşdiyi ən dağıdıcı münaqişə olar”, – müəllif yazır.

XS
SM
MD
LG