Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 00:46

İlham Əliyev inqilabları ‘vəba’ adlandırdı: ‘Biz dayandırdıq bu azarı’


İlham Əliyev BDU-nin 100 illiyi ilə bağlı tədbirdə çıxış edib
İlham Əliyev BDU-nin 100 illiyi ilə bağlı tədbirdə çıxış edib

Prezident İlham Əliyev inqilabları "vəba" adlandırıb.

BDU-nin 100 illiyi ilə bağlı tədbirdə çıxış edən prezident deyib ki, bəziləri Azərbaycanda inqilab olacağı ilə bağlı 2005-ci ildə proqnozlar verirdi:

“Belə maykalar buraxılmışdı, üzərində yazılmışdı: “Gürcüstan, Ukrayna, Qırğızıstan, Azərbaycan”. Yəni, dördüncü biz olmalı idik… Biz dayandırdıq bu vəbanı, bu xəstəliyi, bu azarı. İndi bütün dünya görür ki, bu inqilablar o ölkələrə ancaq bədbəxtlik gətirib”.

Prezident Avropaya inteqrasiya haqda da danışıb:

“Hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? “Stop İslam!” deyənlərə? Qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik”.

XS
SM
MD
LG