Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:38

Neftin ucuzlaşması neft ölkələrinin valyutalarına necə təsir edir?


İran rialı
İran rialı

Neft qiymətlərinin kəskin düşməsi ondan asılı iqtisadiyyatlarda milli valyutaların məzənnəsinə ciddi təsir göstərir.

Bloomberg yazır ki, burada söhbət ilk növbədə valyutalarını uzun müddətdir neftə bağlayan ölkələrdən gedir.

Norveç

Hətta Norveç kimi uğurlu neft ölkəsinin Mərkəzi Bankı bildirib ki, milli valyuta kronun məzənnəsini sabit saxlamaq üçün maliyyə bazarına müdaxilə edə bilər.

Financial Times yazır ki, hazırda kron dollara nisbətdə ən pis məzənnəyə malikdir.

Norges Bank martın 18-də neft qiymətlərində baş verən hadisələri “tarixən böyük” və “fövqəladə” adlandırıb.

Martın 18-də kron dollara nisbətdə əhəmiyyətli dərəcədə ucuzlaşıb. Kron 1 dollar üçün 10.50-dən 12.02-yə düşüb.

Valyuta martın 9-dan bəri 30 faiz ucuzlaşıb.

Lakin təhlilçilər Norveç Mərkəzi Bankının situasiyaya həqiqətdə də müdaxilə edəcəyinə inanmırlar.

Onlar deyirlər ki, əvvəllər bankın belə bəyanatları söz olaraq qalıb.

Norveçin SEB bankındanbaş strateq Erica Blomgren Dalsto deyib ki, bankların öz valyutalarını dəstəkləmək üçün müdaxilə etməsi nadir hadisədir.

Onun fikrincə belə müdaxilələr onu edən ölkələrə uğur gətirməyib.

Rusiya

Bu ay ərzində Rusiya rublu öz dəyərini dollara nisbətdə 15 faiz itirib.

Bloomberg Barclays indeksinə görə rubl dünya üzrə ən pis göstəricilərə malik üçüncü valyutadır.

Məhz buna görə də təhlilçilər Rusiya Mərkəzi Bankının uçot faizini endirəcəyini gözləmirlər.

Buna baxmayaraq, Moskva neft qiymətlərinin sabitləşdirilməsi naminə hələki səudlara müraciət etmir.

Vladimir Putin 2014-cü ilin sonlarından rublu tam olaraq üzən məzənnəyə buraxmaq qərarı qəbul edib.

Qazaxıstan

Mərkəzi Asiyanın ən böyük iqtisadiyyatı olan Qazaxıstan bildirib ki, milli valyuta tengenin kursunu sabit saxlamaq üçün heç bir xüsusi tədbir görməyəcək.

2015-ci ildə sərbəst məzənnəyə buraxılan tenge 2020-ci ildə 13 faiz dəyərdən düşüb.

Körfəz

Körfəz ölkələrində Omandan başqa qalan 6 ölkənin valyutaları indilik sabitdir.

Amma buna baxmayaraq, valyutalar üzərinə təzyiqin şəksiz olaraq artacağı gözlənilir.

Neft qiymətlərinin bir barrel üçün 30 dollar olacağı təqdirdə belə Körfəz ölkələrinin büdcə kəsiri bu il 14 faizə qalxacaq. Bu isə ÜDM-in 228 milyard dolları deməkdir.

İran

İrana gəlincə isə, neft qiymətlərinin düşməsi, onsuz da ABŞ sanksiyalarından ziyan çəkən ölkəyə əlavə təzyiq mənbəyi olacaq.

Milli valyuta rial oktyabrdan bəri çəkisini 30 faiz itirib.

Afrika

Afrikanın ən böyük neft hasilatçısı Nigeriya isə neft qiymətlərinin çöküşünə 2014-cü ildə olduğu kimi reaksiya göstərir, yəni nairanın dəyərdən düşməsinin qarşısını almağa çalışır.

Nigeriya milli valyutanı 2017-ci ilin ortalarından sabit saxlayır və indilik devalvasiya planları yoxdur.

Lakin Bloomberg yazır ki, Nigeriya bu mövqeyini dəyişməyə məcbur ola bilər. İyul ayından bəri ölkənin ehtiyat fondundakı pul 20 faiz azalaraq 36.1 milyard dollara düşüb.

Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə naira hazırda qiyməti ən çox şişirdilmiş valyutadır.

Goldman Sachs Group Inc. bildirib ki, naira üçün məzənnə kursunu 1 dollara 600 naira hesabından götürəcək. Bu, indiki 368 naira həddindən 40 faiz zəifdir.

Afrikada daha bir böyük neft hasilatçısı Anqolanın da milli valyutası təzyiq altındadır.

Ölkə 2018-ci ildən bəri kvanzanın sərbəstliyini bir qədər artırıb və valyuta dollara nisbətdə 67 faiz ucuzlaşıb.

Azərbaycan

Azərbaycan mediası xəbər verir kİ, son bir neçə həftədə ölkədə dollara olan tələbat xeyli artıb.

İqtisadçı Toğrul Maşallı öz Telegram blogunda yazır ki, Azərbaycan neftinin ən ucuz satıldığı dövr 2001-ci ilin dekabrı hesab olunur. O zaman Azeri Light neftinin 1 barreli 19,15 dollara satılırdı.

Azərbaycan da neft hasil edən Nigeriya və Körfəz ölkələri kimi milli valyutanın dollara nisbətdə qiymətini sabit saxlayan mexanizmdən istifadə edir.

Lakin neftin qiyməti düşməkdə davam etdikcə bu məzənnəni saxlamaq o qədər də asan olmayacaq.

Azərbaycanın builki büdcəsi neftin bir barrelinin 53 dollar olacağı şərti ilə tərtib edilib.

Hazırda neftin qiyməti 28 dollardır.

XS
SM
MD
LG