Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:41

“Öləsi olsam, Napoleonu çağırın. Bu sarı paltarlı mənə lazım deyil”


Prezident Vladimir Putin qoruyucu geyimdə
Prezident Vladimir Putin qoruyucu geyimdə

Rusiya prezidenti Vladimir Putinin bugünlərdə Moskvanın Kommunarka rayonundakı xəstəxanaya baş çəkməsi sosial mediada geniş əks-səda verib. Bu xəstəxanaya koronavirusa yoluxmuş pasientlər gətirilir.

Kremlyönlü və dövlətdən maliyyələşən şərhçilər “risk qrupuna” düşən 67 yaşlı prezidentin “şəxsi igidlik və təşəbbüsünü” tərifləyiblər. Politoloq Mikhail Markelov isə bildirib ki, “prezidentimizi qorumalıyıq”.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, daha məlumatlı istifadəçilər Putinin xəstəxana səfəri ilə bağlı fransız rəssamı Antoine-Jean Gros-un “Napoleon Bonapart Yəffadakı taun xəstəxanasına baş çəkir” tablosunu yada salıblar.

Bu səfər zamanı prezidentə yoluxmaması üçün sarı rəngli qoruyucu kostyum geyindirmişdilər.

Yekaterina Barabash adlı istifadəçi məhz bu müqayisəni xatırlayaraq lağ edir:

“Birdən ağlıma ölmək gəlsə, Napoleonu çağırın, bu sarı paltarlı mənə lazım deyil”.

İstifadəçi Maksim Mirovich isə Dövlət Dumasının bu yaxınlarda Putinin prezidentlik müddətlərini sıfırlayan qərarını yada salıb yazır:

“Sıfırlanmış kosmanavtın xalqa görünməsi. Katruk planetindən gəlmiş Qlot”.

Qoruyucu geyimdə prezident Masha Nagornaya adlı istifadəçinin yadına məşhur “Telepuziklər” multfilmini salıb. Amma o “Telepuzik” yox, “Teleputik” yazır.

Bəzi sosial media istifadəçiləri isə rişxəndlə məsləhət görürlər ki, Putin bundan sonra da elə bu qiyafədə qalsın.

Kremlyönlü blogerlərdən biri prezidentin qəhrəmanlığına heyran qalıb:

“Putin Kommunarkada. Mənə heç olmasa bir dövlət başçısı göstərin ki, bu boyda meqapolisdə koronavirus şübhəlilərinin olduğu xəstəxanaya baş çəksin. Tanımırsınız? Mən də tanımıram”.

Lakin Putin hökumətinin kəskin tənqidçisi kimi tanınan jurnalist Leonid Gozman suallar verir:

“Necə bilirsiniz, Putinin qoruyucu geyimdəki fotosu həqiqidir, yoxsa quraşdırma? Kostyumun içindəki onun özüdür? Xəstəxana həqiqidir, yoxsa maketdir? Orqanların nəzərinə: Şər atmıram, sadəcə soruşuram”.

YUKOS neft şirkətinin keçmiş sahibi, Putinin köhnə opponenti Mikhail Kodorkovsky də prezidentə rişxənd edib:

“Afərin, ora gedib. İndi yaxşı olardı ki, bütün həkimlərin belə geyimi olsun...Sarı olsa da olar”.

Bəzi istifadəçilər isə prezidentin geyindiyi maskanın həkimlərinkindən fərqli olduğuna diqqət yetiriblər. Onlar yazırlar ki, həkimlər daha sadə ağız maskasından istifadə edirdilər. Yeri gəlmişkən, bəziləri bildirirlər ki, Putindən fərqli olaraq Çin lideri koronaviruslularla görüşündə adi ağız maskası taxıb.

Açıq Media portalı isə müəyyənləşdirib ki, vətənpərvər prezidentin geyindiyi maskanı ABŞ-ın DuPont şirkəti istehsal edir. Bu model TyChem 2000C adlanır və onu internetdən 1800 rubla (23 dollara) almaq mümkündür.

Facebook istifadəçisi Yury Albert isə yazır:

“Bəlkə də pandemiya vaxtında belə danışmaq yaxşı deyil, amma mən İtaliyaya Çindən, Kuba və Rusiyadan həkimlər göndərilməsi ilə bağlı bizim mediada Avropa ölkələrinə irad tutulmasını anlamadım. Bildiyimə görə İtaliyada almaniyalı həkimlər orada epidemiya başlanan gündən işləyirlər. Amma bunlar könüllülərdir. Nə Merkel, nə Trump, nə də Macron kimə isə İtaliyaya getməyi əmr edə bilməz. Amma Castro, Putin, Xi nə qədər istəsəniz həkim göndərə bilərlər. Heç biri boyun qaçırmağa cürət etməz. Bu, I Pyotrdan qalma ənənədir. O da Fridrix Vilhelmə ucaboy qvardiyaçılardan ibarət rota bağışlamışdı”.

Professor Preobrazhensky ünvanlı istifadəçi isə yazır:

“Rusiya İtaliyaya epidemiyalarla mübarizə təcrübəsi olan mütəxəssislər göndərib.

Nəticələr:

Aprel: İtalyanlar inanırlar ki, onlarda heç bir epidemiya yoxdur.

İyul: İtalyanlar Putinin müddətlərinin sıfırlanmasını dəstəkləyirlər.

Sentyabr: İtaliya Pravoslavlığı qəbul edir.

Noyabr: İtaliya seçkilərində Vahid Rusiya qələbə çalır”.

XS
SM
MD
LG