Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 03:22

Rusiyayla Qətər rüşvət iddialarını rədd edir


Nigeriya-Argentina qarşılaşması, 26 iyun, 2018-ci il Lionel Messi ilk qolu vurur
Nigeriya-Argentina qarşılaşması, 26 iyun, 2018-ci il Lionel Messi ilk qolu vurur

Rusiya və Qətər 2018 və 2022-ci il futbol üzrə Dünya Çempionatlarına ev sahibliyi hüquqlarını milyonlarla dollar rüşvət qarşılığında əldə etməklə bağlı iddiaları rədd edir.

ABŞ Ədliyyə Departamentinin yeni açıqladığı ittihamnamədə deyilir ki, FIFA rəsmiləri 2018-ci ildə turnirin Rusiyada, 2022-ci ildə Qətərdə keçirilməsinə səs verməkdən ötrü rüşvət alıblar.

Bu məsələ ətrafında istintaq və şayiələr çoxdan gəzirdi. Aprelin 6-da açıqlanmış ittihamnamədə isə hər iki turnirlə bağlı birbaşa, rəsmi iddialar yer alıb.

Qətərin xüsusi komitəsi bu iddiaları qətiyyətlə rədd edib. Kreml isə bildirib ki, 2018-ci ildə yarışmaya ev sahibliyi hüququnu “tamamilə qanuni əldə edib”.

2015-ci ildə ortaya çıxmış korrupsiya qalmaqalı FIFA-da çaxnaşma yaratmışdı. İttihamnamədə isə FIFA-da Trinidad və Tobaqonu təmsil edən yüksək çinli rəsmi Jack Warner-in adı çəkilir, onun 2018-ci ildə Rusiyanın xeyrinə səs verməkdən ötrü milyonlarla dollar rüşvət aldığı bildirilir. Onun 2010-2011-ci illərdə 5 milyon dollarlıq rüşvəti Kipr və Britaniyanın Vircin adalarında qeydiyyatdan keçmiş saxta şirkətlər vasitəsilə əldə etdiyi iddia olunur.

Warner ittihamları daim rədd edib. O, Birləşmiş Ştatlara ekstradisiya olunmamağa çalışır.

2015-ci ildə FIFA ona ömürlük qadağa qoyub.

“Bu, yalnız hüquqşünasların fikridir. Biz dəfələrlə bildirmişik ki, açıq ərizəylə müraciət etmişik. Vaxtında həm FIFA-nın, həm də medianın bütün suallarına cavab vermişik, bütün sənədləri vermişik. İndi heç nə əlavə edə bilmərik”, – çempionatın təşkilat komitəsinin keçmiş sədri Aleksey Sorokin İnterfaks agentliyinə deyib.

XS
SM
MD
LG