Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:29

Elon Musk: ‘Bu, azadlıq deyil’


Elon Musk
Elon Musk

ABŞ-ın Tesla elektrik avtomobilləri şirkətinin rəhbəri hökumətin evdə qalmaqla bağlı göstərişindən gileylənib. Dünyanın hər yerində olduğu kimi, Birləşmiş Ştatlarda da bu göstərişin məqsədi koronavirus pandemiyasının yayılmasını mümkün qədər yavaşıtmaqdır. Elon Musk isə sözügedən qaydanı qeyri-demokratik sayır, onun biznesinə “ciddi risk” yaratdığını deyir.

Musk aprelin 29-da şirkətin ilin birinci rübünü əhatələyən gəlirləri ilə bağlı konfransda danışıb.

Milyarder şirkət rəhbəri deyir ki, San Fransisko Körfəz Bölgəsində hökumətin verdiyi göstəriş Tesla-nı martın 23-dən Kaliforniyanın Fremont şəhərindəki zavodunu bağlamağa vadar edib. Göstəriş mayın sonunadək uzadılıb və Tesla-nın zavodda istehsalı nə vaxt bərpa edə biləcəyi bəlli deyil

“Amerikanı indi azad edin”

Musk deyir ki, evdə qalmaq göstərişinin uzadılmasını “insanları konstitusiya hüquqlarının əleyhinə öz evlərində məcburən həbs etməyə” bənzədərdi.

Onun sözlərinə görə, adamların öz xoşuna evlərində qalmaq istəmələrini anlayardı, “amma onlara evdən çıxmağı qadağan etmək, bunu edərlərin həbs olunacaqlarını demək faşistlikdir. Bu, demokratik deyil, azadlıq deyil”, – şirkət rəhbəri bildirib.

Tibb ekspertləri insanların evdə qalmasının koronavirusa yeni yoluxma hallarının azalmasında vacib rol oynadığını deyirlər. Heç bir ştat sakinlərə evdən çıxmağı qadağan etməyib, amma onların yalnız ərzaq və dərman kimi vacib şeylər üçün çıxa biləcəyini bildirib.

Həm də SpaceX şirkətinin başçısı olan Musk aprelin 29-da 33 milyondan artıq izləyicisi olan Twitter hesabında ABŞ iqtisadiyyatını tezliklə yenidən açmağa çağırıb.

“AMERİKANI İNDİ AZAD EDİN”, – Musk yazıb.

Musk-ın bu gileyinə baxmayaraq, Tesla gəlirləri ilə bağlı müsbət açıqlama yayıb. Həm də günəş panelləri hazırlayan şirkət birinci rübdə 16 milyon dollar gəlir əldə etdiyini bildirib.

Birləşmiş Ştatlarda koronavirusa təsdiqlənmiş yoluxma halları 1 milyonu keçib, ölü sayı 61 minə yaxınlaşır.

Dünya üzrə isə 3,2 milyona yaxın yoluxma, 227 mindən çox ölüm qeydə alınıb.

XS
SM
MD
LG