Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 22:52

Rusiya Liviyada sülhə çağırış etməli olur


Khalifa Haftar (sağda) bu ilin yanvarında Moskvada Sergei Shoigu ilə uğursuz danışıqlar keçirib
Khalifa Haftar (sağda) bu ilin yanvarında Moskvada Sergei Shoigu ilə uğursuz danışıqlar keçirib

Rusiya və Türkiyə Liviyada atəşin dərhal dayandırılmasına və BMT-nin başçılığı altında siyasi tənzimləmənin başlanmasına çağırıblar.

Bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi verib.

Xəbər agentlikləri diqqəti belə bir məqama çəkirlər ki, Moskva, Liviyada hərbi əməliyyatların dayandırılmasına bu münaqişənin tərəflərindən biri – Khalifa Haftarın Liviya Milli Ordusu mayın 18-də paytaxt Tripolinin 140 kilometrliyindəki hərbi-hava bazası üzərində nəzarəti itirdikdən dərhal sonra çağırıb.

Bu hərbi baza Türkiyənin dəstəklədiyi Milli Barışıq Hökumətinin qoşunları tərəfindən geri alınıb.

Bir çox məlumatlara görə feldmarşal Haftarın tərəfində mindən çox rusiyalı muzdlu döyüşçü vuruşur.

Bunlar Rusiyada “Putinin aşpazı” kimi tanınan Yevgeny Prigozhin-ə bağlı Vagner özəl hərbi şirkətinin müqaviləli əsgərləridir.

Rusiya belə bir şirkətin mövcudluğunu son zamanlaradək israrla inkar edirdi.

Liviyada 2011-ci ildən bəri vətəndaş münaqişəsi gedir. Bu münaqişədə Liviyanın BMT tərəfindən tanınmış başçısı Faiz Sarraj hökumətinin qoşunları Abdullah Abdurrahman al-Thani-nin Tobruk şəhərində mənzillənən hökumətinin hərbi qüvvələrinə qarşı döyüşür.

General Haftar bu münaqişədə Tobruk hökumətinin tərəfində çıxış edir. Onun qoşunları 2019-cu ilin yazından bəri qanuni hökumətin paytaxtı Tripolini ələ keçirməyə çalışır.

Liviya tarixinin ən böyük əməliyyatı

Ankara tam rəsmi qaydada Sarraj-ın hökumətini dəstəkləyir və Liviyaya qoşun göndərib.

Beləliklə bu münaqişədə Ankaranın dəstəklədiyi hökumət qoşunları Moskvanın dəstəklədiyi Haftar qüvvələrinə qarşı döyüşür.

Liviyada Rusiya hərbçilərinin olmasını dəfələrlə Türkiyə prezidenti Recep Tayyip Erdoğan da bildirib.

Rusiya prezidenti Vladimir Putin yalnız son vaxtlarda Liviyada “Rusiya vətəndaşlarının” olduğunu, lakin ora rəsmi Moskva tərəfindən göndərilmədiklərini demişdi.

Suriyadakı rusiyalı muzdlular
Suriyadakı rusiyalı muzdlular

Rusiya münaqişədə iştirakını inkar etsə də Bloomberg agentliyinin verdiyi məlumata görə Liviyaya Suriyadakı Rusiya hərbi bazasından azı 8 təyyarə gəlib.

Bəzi xəbərlərə görə Suriyanın Xmeymim bazasından gətirilmiş bu təyyarələr Haftarın qoşunlarını havadan dəstəkləməli idi.

Türkiyənin Anadolu xəbər agentlyinin məlumatına görə hazırda Haftarın ordusu Türkiyə əsgərlərinə qarşı Liviya tarixində ən böyük əməliyyata başlayıb.

Son həftələr ərzində Liviya hökumət qoşunları Türkiyə hava hücumundan müdafiə sistemlərinin və dronlarının köməyi ilə Haftar ordusuna öldürücü zərbələr endirib.

XS
SM
MD
LG