Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 22:49

Rusiyalılar qonaq da gedirlər, küçəyə də çıxırlar


Moskvada dəmiryolu vağzalında dezinfeksiya işləri aparılır
Moskvada dəmiryolu vağzalında dezinfeksiya işləri aparılır

Rusiyalıların üçdə biri düşünür ki, koronavirus epidemiyası “marağı olanların uydurmasıdır”. Rusiya sakinlərinin 9 faizi xəstəlik təhlükəsinin şişirdildiyini düşünür. Bunu Ali İqtisadiyyat Məktəbinin (AİM) keçirdiyi sorğu üzə çıxarıb. Respondentlərin əksəriyyəti, 74 faizi hesab edir ki, sərt məhdudiyyətlər qoymağa ehtiyac yox idi.

Pandemiyanı inkar edənlərin çoxu (41%) Cənub federal dairəsində yaşayır. Koronavirusa inanmayanların 54 faizi etiraf edib ki, karantinə baxmayaraq gəzməyə çıxırlar, 43 faizsə qohumlara qonaq getdiyini deyib. Pandemiyaya və onun yaratdığı təhlükəyə inananların 18 faizi isə qohumlara baş çəkdiklərini söyləyiblər.

Son bir ayda tanışı, dostu, qohumu arasında koronavirusa yoluxanların olduğu rusiyalıların sayı 4,9 faizdən 16,6 faizə qalxıb.

Rusiyalılar pandemiya dövründə gəlirlərinin azalmasından gileyləniblər – respondentlərin 31,8 faizi bu məsələni qaldırıb. Yalnız 30 faiz respondent gəlirlərinin əvvəlki səviyyədə qaldığını deyib.

Qazanc dalınca getmək istəyənlər

May ayında Rusiya sakinlərinin 13,5 faizi gəlirlərindən məhrum olub, onların çoxu Şimali Qafqaz federal dairəsində yaşayır. İkinci yerdə Cənub federal dairəsi gəlir.

“İnsan təhlükə hiss etmirsə, ona işə çıxmağa, yaxud iş tapmağa yalnız özünütəcrid mane olur. Cənub federal dairəsində xeyli adam gəlirlərindən məhrum olub və ona görə də özünütəcrid rejiminin yumşaldılmasını istəyənlər çoxdur, tezliklə qazanc dalınca getmək istəyirlər”, – AİM-dən Ruslan Artamonov deyib.

Vladiqafqazda 2 minədək adam aprelin 20-də region administrasiyası binasının qarşısına icazəsiz mitinqə çıxaraq karantinə etiraz edib, yerli rəhbərliyin istefasına çağırıb.

Son bir sutka ərzində Rusiyada 8 min 371 yeni yoluxma halı təsdiqlənib və ümumi təsdiqlənmiş yoluxma sayı 379 min 051-ə çatıb. Ölü sayı isə 174 olub, yəni epidemiya başlanandan ən yüksək rəqəm.

İyunun 1-dən Moskvada qeyri-ərzaq mağazaları, təmir sexləri, camaşırxanalar, quru təmizləmə obyektlərinin açılması gözlənir. Mer Sergei Sobyanin mayın 27-də Prezident Vladimir Putin-lə söhbətdə deyib ki, iyunun 1-dən Moskva sakinləri şəhərdə məhdudiyyətsiz gəzə biləcəklər.

Martın 29-dan Moskvada qeyri-ərzaq mağazaları, teatrlar, restoranlar, kafelər, fitnes zalları, gözəllik salonları, istirahət məkanları, parklar bağlanıb.

Mayın 12-dən sənaye obyektləri, tikinti şirkətlərinin fəaliyyətinə icazə verilib.

XS
SM
MD
LG