Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 14:58

NASA bir astronavt üçün 90 milyon dollar ödəməli olmayacaq


Kathleen Rubins
Kathleen Rubins

NASA astronavtının kosmosa aparılması üçün bu il də Rusiyanın kosmik agentliyinə ödəniş edəcək. Rusiyalı kosmonavtların gələn ildən Beynəlxalq Kosmik Stansiyaya (BKS) Floridadan qalxacağı gözlənir. “Forbes” dərgisində Jamie Carter bu haqda yazır.

Ötən həftə SpaceX özəl şirkəti BKS-ya iki amerikalı astronavtı qaldırandan sonra çoxları bu tarixi missiyanın oyun qaydalarını dəyişdirdiyini düşünürdü. Ancaq məqalədə deyilir ki, bu heç də NASA-nın Rusiyanın Roskosmos kosmik agentliyindən asılılığına son qoyulması, ABŞ və Rusiya əməkdaşlığının sonu deyil.

NASA Kate Rubins adlı astronavtını BKS-ya altı aylıq missiyaya göndərəcəyini açıqlayıb. Rubins heç də Floridadan SpaceX-in Draqon kapsulunda qalxmayacaq. Bu gəmidə bir yerin qiyməti 55 milyon dollardır. O, 2020-ci il oktyabrın 4-də rusiyalı kosmonavtlar Sergey Ryzhikov Sergey Kud-Sverchkov ilə bir missiyada Qazaxıstandakı Baykonur kosmodromundan Soyuz MS-17 gəmisində BSK-ya yola salınacaq.

Bir yer üçün 90 milyon dollar

NASA-nıın sözçüsü Stephanie Schierholz Forbes-a emailində yazıb ki, bu missiyada bir yerin qiyməti 90 milyon 252 min dollardan artıqdır. Bu qiymətə bütün gərəkən təlim, uçuşa hazırlıq, uçuş əməliyyatları daxildir.

Və Rubins-in səfərilə NASA astronavtlarının BKS-ya Qazaxıstandan uçmasına son qoyula bilər. “NASA inanır ki, 2020/2021-ci illərdə ABŞ-ın kommersiya provayderləri artıq tam hazır olacaq və Soyuz-da yer almaq gərəkməyəcək”, – Schierholz yazıb.

Bəs, görəsən, Rubin bu il avqustun 30-na planlaşdırılan missiyaya qoşula bilməzdimi? SpaceX-un həmin tarixə planlaşdırılan Draqon missiyasında NASA-dan Michael Hopkins, Victor GloverShannon Walker, eləcə də JAXA astronavtı Soichi Noguchi yer alıb. Kosmik kapsulda ümumilikdə yeddi yer var.

Schierholz deyib ki, NASA kommersiya missiyalarının hər birində dörd yerlə bağlı müqavilə bağlayıb. Qalan yerdən hər bir missiya zamanı kosmik stansiyaya 220 funtdan çox yükün aparılıb-gətirilməsi üçün istifadə olunur.

Müəllif yazır ki, görünür, bundan sonra Roskosmos SpaceX və Boeing-də yerlər üçün ödəniş etməli olacaq. Schierholz NASA-nın bu yöndə Roskosmosla müzakirələr apardığını vurğulayıb.

Boeing isə 2020-ci ilin sonunda CST-100 Starliner cihazının sınağını keçirməkdən ötrü ikinci dəfə heyətsiz uçuş həyata keçirəcək.

Mayın 31-də tarixdə ilk dəfə olaraq özəl şirkət – Elon Musk-ın SpaceX şirkətinə məxsus kosmik kapsulu iki amerikalı astronavtı Beynəlxalq Kosmik Stansiyaya (BKS) çatdırıb.

Doug Hurley Bob Behnken mayın 31-də SpaceX şirkətinə məxsus, Falcon 9 raketinin daşıdığı Draqon kapsulunda stansiyaya çatıblar. Kapsul bir gün öncə Floridadakı Kennedy Kosmik Mərkəzindən yola düşmüşdü.

XS
SM
MD
LG