Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:04

Verzilova qarşı yeni istintaq başladılıb


Pyotr Verzilov (sağda)
Pyotr Verzilov (sağda)

Rusiyada fəal və media naşirinə qarşı yeni istintaq başladılıb. Söyüş söyməyə görə 15 günlük həbs cəzası bitən günü Pyotr Verzilova hakimiyyətə xarici pasportu haqda bilgi verməmək ittihamı irəli sürülüb.

Müstəqil Mediazona vebsaytının naşiri Verzilov iyulun 7-də Rusiya İstintaq Komitəsində dindirməyə çağrılıb. “Kommersant” qəzeti yazır ki, İstintaq Komitəsi istintaqın başladığını təsdiqləyib, ancaq əlavə şərh verməyib.

Verzilov-un Kanada pasportu var.

Etiraz günü Estoniyada olub

Dindirmə çağırışı müstəntiq Rustam Gabdulin-in adından göndərilib. O, çox vacib işləri araşdırır, 2012 və 2019-cu illərdə Moskvada icazəsiz etirazların istintaqına rəhbərlik edib, Verzilov qəzetə deyib.

O həm də Pussy Riot etirazçı musiqi qrupunun təsisçi üzvüdür.

İyunun 21-də Moskva polisi Verzilov-un evində axtarış aparıb. Axtarış 2019-cu ilin iyulundakı icazəsiz etirazla əlaqədar aparılıb. Həmin etirazlar kütləvi həbslərlə sonuclanmışdı. Verzilov etiraz günü günü Estoniyada olduğunu deyir.

O, polis məntəqəsinə aparılaraq tanınmış müxalifətçi Aleksei Navalny ilə əlaqələri barədə sorğu-sual olunub.

Verzilovun sözlərinə görə, iyunun 21-də buraxılandan sonra bir kişi onu izləyib, söyüşməyə təhrik edib və dərhal da dava salmaq ittihamıyla saxlanıb. Dava-dalaşa sübut olmasa da o, söyüş söyməkdə ittiham olunub, iyunun 22-də 15 günlük həbsə məhkum edilib.

Verzilov 2018-ci ildə dünyanın diqqətini çəkmişdi, Pussy Riot-dan üç fəalla birlikdə Moskvada Dünya Futbol çempionatının yarışması zamanı meydana çıxmış, polis qəddarlığına etiraz etmişdi. O və digər fəallar 15 günlük həbs cəzası almışdılar.

XS
SM
MD
LG