Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:35

Trump İranı üç etirazçını edam etməməyə çağırır


ABŞ prezidenti Donald Trump İranı 2019-cu il etirazlarında iştiraka görə ən ağır cəzaya məhkum edilmiş üç iranlını edam etməməyə çağırıb.

Prezident iyulun 15-də Twitter-də yazıb:

"Bu üç nəfər İranda etirazlarda iştirak etdiklərinə görə məhkum olunublar. Edamların dərhal icra olunması gözlənilir. Onların edam edilməsi dünyaya çox dəhşətli bir mesaj göndərir və icra olunmamalıdır”.

İran ədliyyəsi iyulun 14-də bildirmişdi ki, apellyasiya məhkəməsi ötən ilin noyabrında yanacaq qiymətlərinin kəskin qaldırılmasına cavab olaraq başlanmış etirazlarda cinayət hərəkəti etmiş üç nəfər barədə ölüm hökmünü qüvvədə saxlayıb.

Xəbərlərdə bu üç nəfərin 26 yaşlı mobil telefon dileri Amirhossein Moradi, 28 yaşlı tələbə Said Tamjidi və 26 yaşlı Mohammad Rajabi olduqları bildirlir.

2 milyon adam etiraz edir

Son 24 saat ərzində “edama yox” heşteqi ilə 2 milyon insan hökmün icrasına eiraz bildirib.

Etirazçıların arasında Oskar mükafatı laureatı, rejissor Asghar Farhadi də var.

O özünün Instagram hesabında yazıb: "İranlılaırn kədərli həyatını daha da kədərli etməyin”.

Rejissor öz postunda habelə edama məhkum edilmiş şəxslərin şəkillərini paylaşıb.

2019-cu ildə yanacaq qiymətlərinin gözlənilmədən və kəskin qaldırılmasının ardınca İranın 100-dən çox şəhərini etirazlar bürümüşdü.

Polis bu etirazların iştirakçıları ilə son dərəcə sərt davranırdı.

İran hakimiyyət orqanları etirazlar zamanı ölənlərin sayı barədə rəsmi rəqəmləri hələ də açıqlamayıb.

İranın vəzifəli millət vəkillərindən biri iyun ayında demişdi ki, etirazlar zamanı 230 nəfər həlak olub və minlərlə insan xəsarət alıb.

ABŞ o vaxt 1000-dən çox etirazçının öldürüldüyünü iddia edirdi.

XS
SM
MD
LG