Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:31

“Qara qızıl”ın qiyməti yenidən düşə bilərmi?


"Saudi Aramco" dövlət neft şirkəti 2020-ci ilin sentyabrında Avropa və Asiya bazarları üçün neftin qiymətində endirimlər elan edib. Mütəxəssislərin fikrincə, bu, neft bazarında qiyməti sabit saxlamaq üçün hasilatın aşağı salınması ilə bağlı Azərbayanın da iştirakçısı olduğu Neft İxrac Edən Ölkələr Birliyi (OPEK) + sazişini təhdid edir. Onlar hesab edir ki, bu, yayda yaranan optimal qiymət səviyyəsini aşağı sala və digər böyük neft ixracatçıları ilə qiymət müharibəsini canlandıra bilər.

Neft qiymətlərində bu endrimlərin 2-2,5 dollar həcmində olacağı bidlrilir. Səudiyyə Ərəbistanından sonra Birləşmiş Ərəb Əmirliklərinin dövlət şirkəti də neft qiymətlərini aşağı salır, bu iri "qara qızıl" ixracatçıları əlavə həcmdə neft ixrac etməyə hazırlaşırlar.

Neftin qiymətinin enməsi təhlükəsi yoxdur”

“Neft” Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə Azadlıq Radiosuna deyib ki, Səudiyyə Ərəbisatnının öz neftinin qiymətinə endirim etməsi ümumilikdə neftin qiymətinin enməsi üçün təhlükə yaratmır:

İlham Shaban, energy expert
İlham Shaban, energy expert

“Səudiyyə Ərəbistanı ildə bazara 650-700 milyon ton neft çıxarır. Mal çoxdursa, onu sabit satmalısan. Odur ki, Səudiyyə Ərəbisatnı daim öz müştərilərinə endirimlər edir. Bu endirimlər də 2-2,5 dollar arasında dəyişir və həmişə olub”.

Mərkəz rəhbəri deyib ki, Səudiyyə Ərəbisatnı yalnız bu ilin aprel ayında Brend markalı neftin bazar qiymətindən 10 dollar aşağ neft satıb, bu zaman neftin dəyəri çox aşağı düşüb. Onun fikrincə, səbəb də bu idi ki, koronavirus pandemiyası ilə bağlı hərəkət məhdud idi, enerjiyə tələbat azalmışdı.

İ.Şabana görə, indi əks proses baş verir, bu da onu göstərir ki, enerjiyə tələbat artır:

“Azərbaycanın nümunəsində də görürik ki, aprel-may aynda enerjiyə olan tələbatla indiki tələbat arasında fərq var, hərəkət artıb. Hələ o andır ki, rayonararsı nəqliyyatın hərəkətinə məhdudiyyət var. Rayonlararası hərəkət bərpa edildikdən sonra tələbat daha da artacaq”.

İ. Şabana görə, hazırda dünyada xammalı satmaq urğrunda mübarizə gedir.

“Neft bazarında sabitliyə mənfi tsir göstərəcək”

İqtisadçı Natiq Cəfərli isə fərqli düşünür. O, deyib ki, may-iyun aylarında neft hasilatının azaldılması ilə bağlı OPEC+ anlaşması 9,7 milyon barel azalmanı nəzərdə tuturdu. Onun qeyd etməsinə görə, avqustun 1-dən isə bu 7,5 milyon barelə düşdü.

İqtisadçının deməsinə görə, indi problem budur ki, dünyada neftin istehlakının artm tempi gözləntiləri doğrultmur:

Natiq Cəfərli
Natiq Cəfərli

“Yəni, istehlak əvvəlki qaydada artmır. Gözlənilirdi ki, heç olmasa avqust-sentyabr aylarında dünya üzrə istehlak ciddi şəkildə artacaq və neft istehlakının artması bazarın sabitləşməsinə səbəb olacaq, bu da baş vermir”.

Ekspert bildirib ki, bir çox dünya ölkələrin iqtisadiyyatında ciddi daralma, hələ, davam edir.

N.Cəfərlinin vurğulamasına görə, Avropa Birliyində daralma 11, Fransada isə 13.8 faizə çatıb, bu isə neftə olan tələbatın artmaması deməkdir:

“Belə bir şəraitdə Səudiyyə Ərəbistanının endirimə gedərək daha çox müştəri cəlb etmək istəməsi isə neft bazarında sabitliyə mənfi tsir göstərəcək”.

N.Cəfərlinin qeyd etməsinə görə, OPEC + anlaşmasının növbəti mərhələsi sentyabrda başa çatır, sonra yenidən 1, 1 milyon barel azalma olacaq. İqtisadçı deyib ki, hazırda 7,5 milyon barel azalma varsa, oktyabrın 1-dən 6,4-6,6 milyon barel arasına düşə bilər:

“Bu da o deməkdir ki, neft bazarını daha çətin günlər gözləyir. Səudiyyə Ərəbistanı qabaqlayıcı addımlarla neft bazarında hegemon mövqeyini artırmağı düşünür. Bu OPEC + anlaşmasına ciddi təhdid yaratmasa da ümumilikdə bu ölkələrin birgə anlaşmalarına, neft qiymətlərinə ciddi mənfi təsir göstərə bilər. Neftin qiymətinin yenidən bir neçə dollar aşağı düməsinə şahid ola bilərik”.

Xatırlatma

OPEC və qeyri-OPEC ölkələrinin bu il aprelin 12-də keçirilmiş videokonfransı gündəlik neft hasilatının mayın 1-dən 2022-ci ilin aprel ayınadək mərhələlərlə kollektiv surətdə azaldılması üzrə razılaşmanı təsdiqləyib. Birinci mərhələdə (2020-ci ilin may-iyun ayları) hasilat 9,7 milyon barel azaldılacaq. Lakin OPEC və OPEC+ ölkələri nazirlərinin iyunun 6-da keçirilən görüşündə OPEC+ ölkələri birinci mərhələdə gündəlik hasilatın daha bir ay – iyulun sonunadək azaldılması ilə bağlı razılığa gəliblər. Saziş çərçivəsində Azərbaycan neft hasilatının (kondensat nəzərə alınmadan) 2018-ci ilin oktyabr ayının göstəricisindən (718 min barel) azaldılması ilə bağlı öhdəlik götürüb.

Hazırda neftin 1 barelinin qiyməti 45 dollar civarındadır. Azərbaycanın 2020-ci il dövlət büdcəsində neftin 1 bareli 55 dollar götürülmüşdü.

İndi bu rəqəm büdcəyə edilən dəyişikliklə 35 dollara endirilir.

XS
SM
MD
LG