Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:01

Siyavuş Novruzov YAP-dakı vəzifəsindən istefa verib


Siyavuş Novruzov, 2015
Siyavuş Novruzov, 2015

Hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər üzrə iş komitəsinin sədri Siyavuş Novruzov mənsub olduğu partiyadakı vəzifəsindən istefa verib.

Bu barədə bu gün, avqustun 24-də YAP saytında məlumat verilib.

Məlumatda yazılıb ki, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini S.Novruzov partiyanın sədri İlham Əliyevə müraciət edərək onu partiyada tutduğu vəzifədən azad etmək barədə xahiş edib

S.Novruzov: ''Cənab prezidentdən icazəsini almışam' deyən Ramiz Mehdiyev səhv məlumat vermişdir'

"Ölkəmizdə əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunmaqdadır. Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul etsə də, kütləvi tədbirlərin, o cümlədən toy və yas mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılmaqdadır”

Bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov özünün "facebook" səhifəsində yayıb. Onun əlavə etməsinə görə, belə olan halda, hər bir vətəndaşın borcu məsuliyyətli davranaraq müəyyən olunmuş qaydalara ciddi riayət etməkdir.

S.Novruzov təəssüflə qeyd edib ki, bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin övladının toyunda ailəlikcə iştirak edərək karantin qaydalarının pozulmasına yol veriblər:

"Bu səbəbdən təmsil olunduğum Yeni Azərbaycan Partiyası tərəfindən mənə töhmət elan edilmişdir və İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğdə cərimə olunmuşuq”.

"Ramiz Mehdiyev dəvət zəngi zamanı möhtərəm Prezident İlham Əliyevin adını çəkdiyinə görə..."

Ramiz Mehdiyev (sol) İlham Əliyevin mükafatlandırlması zamanı, 23 oktaybr 2019
Ramiz Mehdiyev (sol) İlham Əliyevin mükafatlandırlması zamanı, 23 oktaybr 2019

Deputat sonrada yazıb: “Mən Ramiz Mehdiyevin dəvət zəngi zamanı möhtərəm Prezident İlham Əliyevin adını çəkdiyinə görə, toyda iştirak təklifini tərəddüdsüz qəbul etmişəm və sözügedən mərasimdə ailəlikcə iştirak etmişik. Çünki mən hər zaman ümummilli liderimizin layiqli davamçısı olan cənab Prezidentimizə sədaqətlə xidmət etmişəm və onun yolunda hər cür mübarizəyə, hətta ölümə də getməyə hazıram. Yalnız bir gün sonra məlum olmuşdur ki, bizi ailəlikcə toya dəvət edərkən “Cənab Prezidentdən icazəsini almışam” deyən Ramiz Mehdiyev səhv məlumat vermişdir”

Siyavuş Novruzovun qeyd etməsinə görə, hətta məclis zamanı onun “Cənab Prezident bu gün səhər zəng edərək təbriklərini və xoş arzularını çatdırıb” deməyi də həqiqəti əks etdirmir:

“ Yəni cənab Prezident İlham Əliyevin bu toy məclisindən xəbəri olmamışdır və bizi aldatmışlar".

"Ramiz Mehdiyevin...karyeramda hər hansı bir rolu olmamışdır, hətta o, bəzi məsələlərdə qarşımı kəsmişdir"

S.Novruzov qeyd edib ki, Ramiz Mehdiyevlə uzun illər ərzində fəaliyyəti zamanı münasibətləri kifayət qədər soyuq olub:

"Mənim bütün fəaliyyətim boyu karyera inkişafım sırf ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı olan möhtərəm cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ramiz Mehdiyevin isə mənim siyasi fəaliyyətimdə və karyeramda hər hansı bir rolu olmamışdır, hətta o, bəzi məsələlərdə qarşımı kəsmişdir".

Ramiz Mehdiyevin kürəkəni həbs edilib
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Bu açıqlamaya, hələlik, AMEA-nın prezidenti R.Mehdiyevin özündən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev, məhkəmə zalında,, 22 avqust 2020
Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev, məhkəmə zalında,, 22 avqust 2020

5 gün əvvəl, avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin qızının toyu olduğu bildirilir.Sosial şəbəkələrdə həmin toyla və toyda iştirak edənlərlə bağlı bir sıra videolar, məlumatlar paylaşılıb. Yerli saytların məlumatına görə, adı çəkilən şəxslərdən bəzisi toyda iştirakını inkar etməyib. Koronavirus pandemiyası ilə bağlı, mart ayından Azərbaycanda toylara icazə verilmir.

Həmin məclisdə hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat, Milli Məclisin Regional məsələlər üzrə iş komitəsinin sədri Siyavuş Novruzov və onun xanımı, Ombudsman Səbinə Əliyevanın da iştirak etdiyi bildirilir.

YAP buna görə, S.Novruzava töhmət verib. Eyni zamanda, həm onun, həm xanımının, həm də toyda iştirak etdikləri bildirilən Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmovun, keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri, AMEA Prezidentinin müşaviri Əli Abbasovun və daha başqa şəxslərin xüsusi karantin qaydalarını pozduqlarına görə, 400 manat cərimə olunduqları açıqlanıb. Bundan başqa, Abşeron Rayon Məhkəməsinin qərarı ilə Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayev İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 15 sutka müddətinə inzibati qaydada həbs olunublar.

XS
SM
MD
LG