Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 12:16

Cənubi Koreya Covid-19 ‘böhranı’yla üz-üzə


Çempionlar Liqasının final oyunu
Çempionlar Liqasının final oyunu

Avqustun 24-dən Cənubi Koreya paytaxtında qapalı məkanlarda və açıq havada maska taxmaq məcburi elan olunub. Artıq 11-ci gündür ölkədə koronavirusa yoluxmalar üçrəqəmli səviyyədədir.

Daha çox yoluxma ölkənin 51 milyonluq əhalisinin yarısının yaşadığı paytaxt Seuldadır. Ancaq 17 regionun hamısında yeni yoluxmalar artır.

Rəsmilər ehtiyatlanırlar ki, paytaxtda yoluxmalar nəzarətə alınmasa pandemiya ölkəni bürüyə bilər.

Həftəsonu ölkədə böyük toplantılara, gecə klubları və kilsə yığıncaqlarına, eləcə də azarkeşlərin peşəkar idman tədbirlərinə qadağa qoyulub.

“Bu həftə yoluxmaları sabitləşdirə bilməsək, çox vacib böhranla üzləşəcəyimizə inanıram, virus bütün ölkəyə yayılacaq”, – Səhiyyə nazirliyinin rəsmisi Yoon Tae-ho deyib.

İndiyədək Cənubi Koreya koronavirusla effektiv mübarizə aparıb, irimiqyaslı testlər və kontaktların aqressiv şəkildə izlənməsi vasitəsilə pandemiyanı nəzarətdə saxlaya bilib. Ümumilikdə ölkədə 17 min 665 yoluxma, 309 ölüm qeydə alınıb.

Azarkeşsiz oyunlar

Dünya Səhiyyə Təşkilatının pandemiyanın başlanmasını elan etməsindən beş aydan çox keçir. Dünyada koronavirusa azı 23 milyon nəfər yoluxub, 800 mindən çox insan vəfat edib.

Qərbi Avropa ölkələrindən İspaniya, İtaliya, Almaniya və Fransada da yoluxmalar artır.

Avqustun 24-də Lissabonda boş stadionda Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün son oyunu keçirilib. Almaniyanın "Bayern" klubu Fransanın "Paris Saint-Germain" komandasına 1-0 hesabıyla qalib gəlib. Bu qəribə futbol mövsümi əvvəl təxirə salındı, sonradan məhdudiyyətlərlə bərpa olundu.

"Bayern" futbolçuları Lissabondakı "Estadio da Luz" stadionunda 65 min boş yer qarşısında qələbələrini qeyd ediblər.

Birləşmiş Ştatlarda Indianapolis 500 sürətli avtomobil yarışında isə Yaponiyanın Takuma Sato komandası qalib gəlib. Normalda bu yarışı bir gündə 300 min azarkeş izləyirdi, bu dəfə azarkeşsiz keçib.

Bu arada Birləşmiş Ştatlarda koronavirusa yoluxmalar, ölüm halları iyuldakı pik həddən enməkdədir. Bir neçə həftə öncə gündəlik yoluxmalar 70 minə çatırdı, indi 45 min civarına düşüb.

Hindistanda son həftələr rekord sayda yoluxma qeydə alınır – gündə az 70 min yoluxma təsdiqlənir. Hazırda bu ölkədə yoluxma sayı 3 milyonu keçsə də, 1,3 milyarddan çox əhalisi olan ölkədə bu göstəricinin daha yuxarı olduğu düşünülür.

Latın Amerikasında yoluxmalar azalır, yaxud sabitləşir. Bir müddət öncə Braziliya və Meksikada virus tüğyan edirdi.

XS
SM
MD
LG