Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 21:47

Noviçokun insana təsiri və fəsadları


Noviçokun insana təsiri və fəsadları
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Noviçokun insana təsiri və fəsadları

Mütəxəssislər hesab edirlər ki, keçmiş Rusiyalı kəşfiyyatçı Sergey Skripal və qızı Yuliya, həmçinin ola bilsin ki, bu günlərdə rusiyaalı müxalifət lideri Aleksei Navalnynın zəhərlənməsində Noviçokun A 234 növündən istifadə edilib.Onların sözlərinə görə, keçmiş SSRI dövrünə aid olan bu zəhərli maaddədən yalnız hərbi məqsədlər-hansısa konkret fiquru məhv etmək üçün istifadə olunur.

Keçmiş kimyaçı və Noviçokun banilərindən biri Vladimir Uqlev vaxtilə AzadlıqRadiosunun "Nastoyasie Vremya" proqramına müsahibəsində deyib ki, bu maaddə gel və ya məhlul şəkilində ola bilər. Mütəxəssis deyir ki, fərdi terror üçün onun cəmi 1-2 milliqramı bəsdir.

Misal üçün deyək ki, bir yağış damçısı təxminən 30 milliqramdır.

How Nerve Agents Affect The Body
How Nerve Agents Affect The Body

İnsanın bu maaddəyə toxunması və ya onun töküldüyü otaqda nəfəs alması zəhərlənmək üçün kifayyətdir.

Uqlev deyir ki, Noviçok ampulalar və xüsusi qoruyucu konteynerlərdə saxlanır. Daşımağa gəldikdə isə, onu dəmir və ya xüsusi bərk plastic konteynerə yerləşdirir və germetik qapaqla bağladıqdan sonra cibə qoyub hara istəsən apara bilərsən.

Adətən həkimlər zəhərlənmənin simptomlarını azaltmaq üçün atrapin vururlar, amma Uqlev deyir ki, Novicokun heç vaxt 100 faizli antidotu olmayıb. Mütəxəssis deyir ki, Zarin maddəsi də daxil olmaqla Noviçokun, özündən əvvəlkü bütün növlərdən fəqrqi də məhz bundadır.

O sinir sistemini sıradan çıxarır, əzələləri iflic edir , göz bəbəkləri dərhal daralır, ürək döyüntüşü azalır, təzyiq aşağı düşür, ürək bulanması, qarın ağrısı,nəfəs daralması, tərləmə və qusma kimi əlamətləri olur.

Qeyd edək ki, Aleksei Navalny hazırda Berlin xəstəxanasında reanimasiya şöbəsindəıdir. Almaniyalı mütəxəssislər sentyabrın 2-də onun “Noviçok” maaddəsi ilə zəhərləndiyini bəyan edib.

Rusiya isə bu məsələdə əli olmadığını iddia edir.

Navalny Rusiya prezidentinin sərt tənqidçisi kimi tanınır. O avqustun 20-də Tomsk-Moskva reysilə uçarkən halı pisləşib və təyyarə Omska təcili eniş ertməli olub. 2 gün Omsk xəstəxanasında yatdıqdan sonra, avqustun 22-də onu Berlinə götürüblər.

2018-ci ildə Londonda keçmiş rusiyalı kəşfiyyartçı Sergei Skripal və qızı Yulia-nın zəhərlənməsində də Noviçokdan istifadə olunduğu bildirilir. Böyük Britaniya həmin vaxt bəyan elədi ki, bunun arxasında Moskva durur və onu 2 rusiyalı agent törədib. Uzun aylar çəkən müalicədən sonra Britaniya həkimləri onların hər ikisinin həyatını xilas edə biliblər.

Moskva isə bütün ittihamları rədd edir.

XS
SM
MD
LG