Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 20:40

Rusiya DİN Navalnını dindirmək istəyir


Rusiyada Navalnıya dəstək aksiyası, arxiv fotosu
Rusiyada Navalnıya dəstək aksiyası, arxiv fotosu

Rusiyanın Daxili İşlər Nazirliyi müxalif siyasətçi Aleksey Navalnını Berlində dindirmək istəyir. Siyasətçi hazırda “Charite” xəstəxanasında müalicə alır, almaniyalı həkimlər onun sinir qazıyla zəhərlənməsinə “birmənalı dəlil” olduğunu deyir. Onların rusiyalı həmkarları isə zəhər izi tapmadıqlarını bildirirlər.

Nazirliyin Sibirdəki şöbəsi sentyabrın 11-də bəyan edib ki, Navalnı həftənin əvvəlində süni koma vəziyyətindən çıxdığından Almaniya hökumətinə onun dindirilməsi ilə əlaqədar müraciət hazırlanır.

Almaniya hökumətinin sözçüsü isə deyib ki, Berlin hələ ki məsələyə dair Moskvadan rəsmi müraciət almayıb.

Navalnı avqustun sonunda Sibirin Tomsk şəhərindən Moskvaya uçarkən təyyarədə özünü pis hiss edib, təyyarə Omskda məcburi eniş edib və o, xəstəxanaya yerləşdirilib.

Siyasətçi daha sonra Berlinə aparılıb. Almaniya hökuməti onun sovet dövrünə aid sinir qazıyla zəhərləndiyini deyir. Moskva iddianı qətiyyətlə rədd edir, Xarici işlər naziri Sergey Lavrov isə sentyabrın 11-də bu deyilənləri “əsassız” adlandırıb.

Sibir nəqliyyat polisi nələri aşkarlayıb

Rusiyanın insan haqları müdafiəçiləri, müxalifət siyasətçiləri və fəallar, eləcə də Navalnının qohumları və həmkarları deyirlər ki, zəhərləmədə Noviçokdan istifadə bu işin arxasında Rusiya dövlətinin dayandığını göstərə bilər.

Qərb siyasətçiləri də zəhərləmənin Rusiya hakimiyyəti tərəfindən sifariş olunmasına inandıqlarını bildirib, Moskvanı bunda əli olmadığını sübut etməyə çağırıblar.

Rusiya hələ də Navalny-nın zəhərlənmədiyini iddia edir
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

Beynəlxalq çağırışlara baxmayaraq, Rusiya cinayət işi açmaqdan imtina edib, tibb işçilərinin analizlərdə zəhər izi tapmadıqlarını deyib.

Sentyabrın 11-də Sibirin nəqliyyat polisi baş verənlərin “yoxlamasını” apardığını bildirib, Navalnının fəaliyyətinə dair aşkarladıqlarını dərc edib.

Bəyanatda deyilir ki, Navalnı Xander otelində, Velvet restoranında, həmçinin Tomskda komanda üzvləri ilə görüşdüyü mənzildə qəlyanaltı edib və içki içib. O, təyyarəyə minməmişdən Tomsk aeroportundakı Vyana qəhvəxanasına baş çəkib.

Navalnını Tomskda müşayiət etmiş beş həmkarının dindirildiyi, Marina Pevçix adlı altıncı həmkarını dindirməyin isə alınmadığı vurğulanır. O, Britaniya rezidentidir.

Polis hazırda təyyarədəki digər vətəndaşlar haqda informasiya yığdığını bildirir.

Kremlin məlumatına görə, Berlin onların müraciətinə cavab verməyib, Navalnının Noviçokla zəhərlənməsinin bəyan olunması ilə nəticələnmiş tibbi məlumatı görməyiblər.

Moskvanın BMT-dəki səfiri Vasili Nebenzya sentyabrın 10-da bir daha ölkəsinin mövqeyini açıqlayıb, deyib ki, Rusiyanın Navalnı ilə bağlı “cinayət işi açması üçün əsas yoxdur”.

XS
SM
MD
LG