Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:40

Dağlıq Qarabağda kompromis ‘görünmür’ – Qərb mediası


Dağlıq Qarabağ
Dağlıq Qarabağ

Müəllifin fikrincə, bu müharibəyə son qoya biləcək ölkələr yalnız Ermənistan və Azərbaycandır.  Ancaq bundan ötrü tərəflər münaqişənin həllinin onların ümumi maraqlarına uyğun olması qənaətinə gəlməlidirlər

“Foreign Affairs” dərgisində Karnegi Fondunun əməkdaşı Tomas de Vaal Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həllində kompromisin çətinliyindən yazır.

Münaqişənin tarixinə nəzər salan müəllif indiki əməliyyatların beynəlxalq kontekstdə pis dövrə düşdüyünü qeyd edir. Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunda lider olmasına baxmayaraq uzun illər münaqişədən kənar qalıb. Rusiyanın balanslaşdırma strategiyası ifşa olub: Moskva hərbi müttəfiqi Ermənistanı açıq müdafiə etsə, dərhal digər tərəfdaşı Azərbaycanı itirəcək. 100 ildir regiona müdaxilə etməyən Türkiyə isə yenidən çəkisini ortaya qoyub.

“Azərbaycan ordusunun irəliləməsinə qış və dağlıq coğrafiya əngəlləyərsə, müharibə Ermənistan qüvvələrinin istehkam qurduğu Dağlıq Qarabağ ətrafında ləng və itkilərlə sonuclanan müharibəyə çevrilər. Azərbaycan qüvvələri Dağlıq Qarabağın Ermənistanla təchizat xəttini kəsərək onu mühasirəyə sala bilsə, humanitar fəlakət başlaya bilər”, – məqalədə deyilir.

Müəllifin fikrincə, bu müharibəyə son qoya biləcək ölkələr yalnız Ermənistan və Azərbaycandır. Ancaq bundan ötrü tərəflər münaqişənin həllinin onların ümumi maraqlarına uyğun olması qənaətinə gəlməlidirlər. “Ancaq indiki acılar və tökülən qan belə bir qərarın yaxın olmadığını göstərir. Hətta əgər döyüşlərin indiki mərhələsi Azərbaycanın xeyrinə bitərsə, ermənilər təslim olmayacaqlar. Dağlıq Qarabağ münaqişəsi hələ bir nəsil də həll olunmamış qalacaq”, – məqalədə vurğulanır.

Qaldığı yerdən davam edən münaqişə...

“Christian Science Monitor” nəşrinin əməkdaşı Daniyel Şnayder 25 il qabaq birinci Qarabağ müharibəsini də işıqlandırdığını yazır.

Müəllif Qafqazda indi baş verənləri izlədikcə sanki bir dejavü hissi keçirdiyini qeyd edir. “Bir neçə il öncə işıqlandırdığım müharibə elə o vaxt qaldığı yerdən başlanıb, heç bir dəyişiklik baş verməyib. İki tərəf, beynəlxalq ictimaiyyət münaqişəni həll edə bilməyib və yeni nəsil bunun bədəlini ödəyir”, – jurnalist yazır.

27 oktyabr 1999-cu ildə Ermənistan parlamentində qətliam olmuşdu
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00
Direct-ə keçid

Məqalədə sentyabrın sonunda başlanmış döyüşlərin 1990-cı illərin müharibəsindən çox fərqləndiyi qeyd edilir. “Azərbaycanlılar neft sərvətindən bəhrələnərək Rusiya, Türkiyə və İsraildən müasir dronlar və raketlər daxil olmaqla silahlar alıblar və effektli istifadə edirlər. 30 il qabaq olduğu kimi, indi də hər iki tərəfdən müharibənin əsas qurbanları dinc sakinlərdir; itkilər yüzlərlədir və sürətlə artır”, – müəllif yazır.

“Sovet İttifaqı iflas edəndə bir çox müşahidəçilər bunun dinc baş verməsinə diqqət çəkirdilər. Ancaq onlar Çeçenistandan tutmuş Krımadək imperiyanın xarabalıqları içində alovlanan kiçik müharibələri gözardı etdilər. Dağlıq Qarabağ münaqişəsi də onlardan biridir; onun həll olunmadığını kədərlə qeyd edirəm”, – məqalədə deyilir.

Ermənistana silah haradan verilir: Bakı və Yerevanda ekspertlərin izahı
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Azərbaycan son bir ayda 150 civarında kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad etdiyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG