Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:22

ABŞ-ın yeni prezidenti və Qarabağ məsələsi (VIDEO)


ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden komanda üzvlərindən bəzilərinin adlarını açıqlayıb.

Bayden çoxdankı müşaviri və veteran diplomat Entoni Blinkeni dövlət katibi görmək istəyir.

Daxili işlər naziri postuna Latın Amerikası əsilli Alexandro Mallorkosun təyin olunacağı açıqlanıb. Mallokros bu vəzifəni tutacaq ilk Latın Amerikası əsilli miqrant olacaq.

Keçmiş dövlət katibi Hillari Klintonun müttəfiqi Ceyk Sallivan isə təhlükəsizlik müşaviri postuna namizəd olub.

Obama hakimiyyəti dövründə dövlət katibi olmuş Con Kerri yeni administrasiyada iqlim dəyişiyi ilə bağlı məsələylə məsul olacaq. Co Bayden deyib ki, iqlim dəyişikliyi onun administrasiyası üçün prioritet sahələrdəndir.

ABŞ-da yeni rəhbərlik Azərbaycanla bağlı siyasətini dəyişə bilərmi?
Gözlə

No media source currently available

0:00 0:04:25 0:00

Bəs, ABŞ-ın yeni administrasiyası Azərbaycana nə vəd edir?

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, hələ bu haqda danışmaq tezdir. Onun firkincə, gələn ilin yanvarında Co Bayden prezident səlahiyyətlərinə başlayandan sonra fikir bildirmək olar.

Co Bayden bu ilin sentyabrında Qarabağda başlayan döyüşlərə prezident Tramp administrasiyasının müdaxilə etməməsini qınamışdı. O ABŞ-ın çoxdan Ermənistan, Azərbaycan və Türkiyə liderləri ilə birbaşa danışıqlar aparmalı və Azərbaycan qoşunlarının Dağlıq Qarabağa doğru irəliləməsinin qarşının alınmasına çağırmalı olduğunu bildirmişdi.

“Azərbaycan üçün insan haqları önəmli olaraq qalacaq”

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç düşünür ki, Azərbaycanı Co Bayden administrasiyası ilə münasibətlərə hazırlıqlı olmalıdır:

“Mən bilmirəm, administrasiyanın ilk günlərində əsas prioritetlər nələr olacaq. Çünki hazırda administrasiyada, onun xarici siyasətində problemlər var. Hansı tezliklə birbaşa münasibətlərin qurulacağı hələki bilinmir. Amma mən deyə bilərəm ki, Azərbaycan ABŞ administrasiyası ilə bölgədə sülhün olması kimi məsələlərdə sövdələşmə üçün hazırlıqlı olmalıdır. İnsan haqları da önəmli məsələlərdəndir. Bu həm də ABŞ Kongresinin üzləri üçün olduqca önəmlidir. Və Azərbaycanın bu sahədə imici neqativdir”.

Rİçard Kozlariç hesab edir ki, ABŞ-la Azərbaycan münasibətləri kifayət qədər fərqli olacaq. Amma bu fərqin nə vaxtdan hiss olunacağı barədə sualın cavabında keçmiş səfir deyir ki, bunu zaman göstərər.

Azərbaycan qədər ABŞ-ın yeni adminstrasiyasının Türkiyə ilə münasibətləri də ən çox müzakirə olunan mövzulardan biridir.

ABŞ-ın yeni administrasiyası Cənubi Qafqazda sülh istəyə bilər

Avropa Xarici Münasibətlər Şurası analitik mərkəzindən Asli Aydıntaşbaş düşünür ki, Co Baydenin hakimiyyətə gəlməsi ilə Türkiyə ABŞ münasibətlərində yeni səhifə açılacaq:

“Co Baydenın komandasına baxdığımız zaman ilk növbədə də Entoni Blinken, Ceyk Sallivan Türkiyəni yaxından, yaxşı tanıyan, Türkiyənin də önəmini bilən insanlardır. Əlbəttə iki dövlət arasındakı gərgin münasibətləri idarə etmək çətin olacaq. Ola bilər ki, ilk 6 ay qeyri-müəyyən keçəcək. Ancaq əvvəl-axır iki ölkə arasında ortaq məsələlərdə razılıq, qarşılıqlı güvən olacaq”.

XS
SM
MD
LG