Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:50

Silah satışının 75 faizi ABŞ və Çinə məxsusdur


Arxiv fotosu
Arxiv fotosu

İlk 25 şirkətin satışı 8.5 faiz yüksələrək 361 milyard dollar olub, hesabatda deyilir

2019-cu ildə ABŞ və Çin şirkətləri qlobal silah bazarında üstünlük təşkil edib, illik satışın 75 faizdən çoxu onlara məxsus olub. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) dekabrın 7-də açıqladığı hesabatda belə deyilir.

Ötən il dünyanın 25 ən böyük silah şirkətinin 12-si ABŞ-da yerləşib, silah satışı və hərbi xidmətlərin 61 faizini tutublar. Çin şirkətlərinin satışı isə 15.7 faiz olub.

İlk dəfədir hesabatda ilk 25-liyə Çinin dörd şirkəti salınır. Əvvəlki illər məlumat çatışmazlığı səbəbindən Çinin heç bir şirkəti bu siyahıya düşmürdü.

İlk 25 şirkətin satışı 8.5 faiz yüksələrək 361 milyard dollar olub, hesabatda deyilir.

Rusiya şirkətləri

Rusiyadan iki şirkət də ilk 25-likdə yer alır – “Almaz-Antey” 15-ci, “Birləşmiş Gəmiqayırma” 25-ci yerdədir. Onların satışı 2018-ci illə müqayisədə azalaraq ümumi satışın 4 faizinə bərabər olub. Rusiyanın “Birləşmiş Təyyarə” şirkəti isə satışda 1.3 milyard dollar itirərək 25-likdən çıxıb.

Siyahıya ABŞ-ın “Lockheed Martin” aerokosmik şirkəti başçılıq edir. “Northrop Grumman”, “Boeing”, “Raytheon” və “General Dynamics” ilk beşliyi tamamlayır. Bu beş şirkət birlikdə il ərzində 166 milyard dollarlıq silah satıblar.

Çinin AVIC, CETC və Norinco şirkətləri altıncı, səkkizinci və doqquzuncu yerdədirlər. Britaniyanın “BAE Systems” şirkəti yeddincidir.

Hesabatda qeyd olunur ki, onillərdir ABŞ beynəlxalq silah bazarında üstünlük təşkil edib. 2019-cu ildə isə Çin şirkətlərinin satışı 5 faizədək qalxıb.

İlk dəfə olaraq Yaxın Şərqdən bir şirkət ilk 25-liyə düşüb. Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) EDGE 2019-cu ildə 25-dək müdafiə qurumunun əsasında təşkil edilib.

1966-cı ildə İsveç parlamenti tərəfindən təsis olunmuş SIPRI dünyada hərbi xərcləri və silah transferlərini izləyir.

XS
SM
MD
LG