Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:52

İlham Əliyev:'Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb'


Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupu həmsədrlərini qəbul edib, 12 dekabr 2020
Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupu həmsədrlərini qəbul edib, 12 dekabr 2020

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib. Qəbulda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki də iştirak edib.

AZƏRTAC-ın məlumatına görə, prezident İlham Əliyev həmsdərlərə onlarla son görüşün ötən il olduğunu xatırladıb. Onun sözlərinmə görə,bu vaxt ərzində bir çox hadisələr baş verib:

“Mən Prezident Putinin dedikləri ilə razılaşıram ki,…”

“ Birincisi, pandemiya ( koronavirus) bütün dünyada vəziyyəti tamamilə dəyişmişdir. Bununla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirmişdir. Hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm.”

“Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb”

Prezidentin vurğulamasına görə, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb:

“ Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir. Beləliklə, Azərbaycan bu məsələni özü həll etmişdir. Biz Ermənistanı döyüş meydanında məğlub edərək işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur etdik”.

Prezident İlham Əliyev daha sonra işğal edilmiş və sonradan azad edilən Azərbaycan ərazilərinin vəziyyətindən də bəhs edib:

“Bir dənə də bina tapılmadı ki, orada bayrağımızı qaldıraq”

Ağdam şəhərinin işğaldan azad olunandan sonakı vəziyyəti, 24 noyabr 2020
Ağdam şəhərinin işğaldan azad olunandan sonakı vəziyyəti, 24 noyabr 2020

“Füzulidə bir dənə də olsun salamat bina yox idi, hər şey yerlə-yeksan edilmişdir. Bir dənə də bina tapılmadı ki, orada bayrağımızı qaldıraq. Ağdamda isə tamamilə dağıdılmamış yeganə tikili məscidin binasıdır. Araşdırdıqda məlum oldu ki, onlar Ağdamda məscid binasını məsafə ölçmək üçün saxlayıblarmış…”

Bakıda Zəfər Paradı
Gözlə
Embed

No media source currently available

0:00 0:01:55 0:00

“Prezident Putinin müdaxiləsi və səyləri olmasaydı,…”

Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin atəşkəs bəyanatı imzalyarkən, 9 noyabr 2020
Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin atəşkəs bəyanatı imzalyarkən, 9 noyabr 2020

Azərbaycan prezidenti baş verən proseslərdə Rusiya prezidentinin də rolundan danışıb:

“Prezident Putinin müdaxiləsi və səyləri olmasaydı, bu gün, ehtimal ki, vəziyyət başqa cür olardı. Lakin biz planlaşdırdığımıza nail olduq. Biz işğal olunmuş bütün yeddi rayonumuzu qaytardıq. Biz qədim Azərbaycan şəhəri Şuşanı qaytardıq. Biz Hadrut qəsəbəsini qaytardıq. Xocavəndin bir hissəsini qaytardıq. Suqovuşanı və digərlərini qaytardıq. Əslində, planlaşdırdığımıza nail olduq.”

Prezident sonra da deyib:

“Hazırda isə Rusiya sülhməramlıları oradadırlar, öz fəaliyyətinə başlayıblar. Vəziyyət müəyyən dərəcədə sabitdir.”

“Ermənistan yenidən başlamağa heç bir vəchlə cəhd etməməlidir”

Ermənistan əsgərləri, Ağdamda, arxiv foto
Ermənistan əsgərləri, Ağdamda, arxiv foto

Prezidentin vurğulamasına görə, “dünən ( dekabrın 11-də) ya erməni yaraqlıları, yaxud “Ermənistan ordusu” adlandırdıqları” qüvvələrdən qalanlar bəzi terror aktları törədiblər:

“Bu, əlbəttə ki, narahatlıq doğurur. Mənə elə gəlir ki, Ermənistan yenidən başlamağa heç bir vəchlə cəhd etməməlidir.”

Prezident deyib ki, hazırda sülhməramlı əməliyyatları Rusiya aparır, Ermənistan və Azərbaycan da bunu dəstəkləyib:

“Ağdam rayonunda Monitorinq Mərkəzinin yaradılması mərhələsindəyik”

Türkiyə hərbçiləri Azərbaycanda, Bakıda Zəfər paradında iştirak edir, 10 dekabr 2020
Türkiyə hərbçiləri Azərbaycanda, Bakıda Zəfər paradında iştirak edir, 10 dekabr 2020

“Eyni zamanda, bildiyiniz kimi, biz artıq Azərbaycanın Ağdam rayonunda Monitorinq Mərkəzinin yaradılması mərhələsindəyik. Bu məsələ noyabrın 10-da imzaladığımız Bəyanatda əks olunub. Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək. Fikrimcə, bu, regional əməkdaşlığın çox yaxşı təzahürüdür. Həmçinin Türkiyə ilə Rusiya arasında çox məqbul əməkdaşlığın rəmzidir. Bu, artıq reallıqdır.”

Xəbərə görə, ATƏT-in Minsk qrupunun Fransadan olan Stefan Viskonti isə deyib ki, həmsədr ölkələr son 28 il ərzində bacardıqları qədər öz mandatını icra etməyə çalışmışlar:

Fransalı həmsədr: “Biz keçid mərhələsindəyik və gələcək planlar tərtib oluna bilər”

“Mənim hökumətim qırğına son qoyan atəşkəsi alqışlayıb. Biz noyabrın 9-dan 10-na gecən gecə əldə olunmuş razılaşmanın bütün müddəalarına çox müsbət yanaşırıq. Hadisələrin cərəyan etməsinin yeni gündəliyini qavrayırıq. Siz də qeyd etdiniz ki, regiona qərəzsiz və kollektiv qaydada sabitliyin, rifahın gətirilməsi üçün tamamilə yeni bir vəziyyət yaranıb. Bütün qalan məsələlər üzərində Minsk qrupunun işləməsinə gəldikdə, bu, tam Sizdən asılı olacaqdır. Bəli, bunun üçün yaxşı zəmin var. Biz keçid mərhələsindəyik və gələcək planlar tərtib oluna bilər.”

ABŞ-dan olan həmsədr: “Sizdən eşitmək istərdik, gələcəkdə hansı addımları atmaq istəyirsiniz?”

Endrü Şoför
Endrü Şoför

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endrü Şofer isə bunları deyib:

“Sizin söylədiyiniz sözlərə və açıq verdiyiniz bəyanata gəldikdə, anlayırıq ki, hazırda yeni vəziyyət yaranıb. Hamımız anlayırıq və etiraf edirik ki, indi qarşımızda yeni reallıqdır. Hesab edirəm ki, Sizinlə söhbət aparmağımın əsas səbəbi Sizin mövqeyinizi daha yaxşı anlamaq idi. Siz həmin mövqeyi açıqladınız və bir azdan biz hadisələrin sonra necə cərəyan edəcəyi ilə bağlı təfərrüatları müzakirə edəcəyik. Hazırda cari vəziyyət fərqlidir. Bilmək istərdim, Siz gələcəyi, ümumiyyətlə, necə görürsünüz? Xüsusən də Madrid prinsiplərində deyilir ki, xətlər və kommunikasiyalar açılsın, münasibətlər yenidən qurulsun, regionda bütün xalqlar üçün müsbət mühit yaradılsın.”

O sonra da deyib:

“ Əgər, bunlar sizin mövqeyinizin bir hissəsidirsə, onda, fikrimcə, buna nail olunmasında bizim və ölkələrimizin oynayacağı rol ola bilər. Biz bunu Sizdən eşitmək istərdik, gələcəkdə hansı addımları atmaq istəyirsiniz? Bildiyiniz kimi, bundan sonra, biz Yerevana gedəcəyik və digər tərəflə də eyni söhbət aparacağıq. Bizim daha təfərrüatlı müzakirələrimiz olacaq”.

Türkiyəli professor: "NATO təlimi görmüş Azərbaycan əsgərləri..."
Gözlə

No media source currently available

0:00 0:04:31 0:00

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov isə deyib ki, məlum sənədin tam icrası üçün hələ də görüləcək işlər var:

“Minsk qrupuna gəldikdə, hökumətimiz hər zaman bu qrupun vacibliyini qeyd edib. Bu səbəbdən, biz iştirak etmişik və bu gün də qrupda iştirak edirik…”

Xatırlama

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin isə Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG