Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:02

İsrail yenə seçkiyə gedir


Bencamin Netanyahu (solda) və Benni Qants
Bencamin Netanyahu (solda) və Benni Qants

Korrupsiya ittihamları ilə mühakimə olunan Netanyahu və onun rəqibi Benni Qants bir-birini hökumətin iflasına görə ittiham ediblər

İsrail son iki ildə dördüncü dəfə parlament seçkisi keçirəcək. Baş nazir Bencamin Netanyahunun rəhbərlik etdiyi birlik hökuməti büdcəylə bağlı razılığa gələ bilməyib.

Knesset dekabrın 23-də avtomatik olaraq buraxılıb. Martda yeni seçki keçirilməlidir.

Korrupsiya ittihamları ilə mühakimə olunan Netanyahu və onun rəqibi Benni Qants bir-birini hökumətin iflasına görə ittiham ediblər.

Netanyahunun niyyəti

2019-ci ilin aprelindən bəri üç seçkidə tərəflərdən heç biri qətiyyətli qələbə qazana bilməmişdi. Bu ilin mayında Netanyahunun sağ qanad Likud partiyası ilə Qantsın mərkəzçi Mavi və Ağ partiyası birlik hökuməti yaratdı. Məqsəd koronavirus pandemiyasının səbəb olduğu görünməmiş səhiyyə və iqtisadi böhranı aradan qaldırmaq idi.

Razılaşmaya görə, müdafiə naziri olan Qants 2021-ci ilin noyabrında baş nazir postuna keçməliydi. Ancaq tənqidçilər Netanyahunun bu razılaşmaya əməl etmək niyyəti olmadığını deyirdilər.

Koalisiya elə əvvəldən funksional olmayıb, inamsızlıq, şəxsi rəqabət, dərin fikir ayrılıqları zamanla güclənib.

Koalisiya razılaşmasına görə, hökumət 2020 və 2021-ci illər üçün iki illik büdcəni qəbul etməliydi. Netanyahu isə büdcənin yalnız bu il üçün qəbul edilməsində təkid edib.

Qantsa da dəstək azalıb

Ziddiyyət yaradan başqa məsələlər də var, Netanyahuya qarşı davam edən korrupsiya işi onlardan biridir. İsrailin ən çox vəzifədə olan lideri idarəçiliyinə və pandemiya ilə mübarizəsinə görə davamlı etirazlarla üzləşib.

Qants isə ilin əvvəlində dəstəyini xeyli itirib, çünki seçki kampaniyası vaxtı mühakimə olunan Netanyahu ilə hakimiyyəti heç vaxt paylaşmayacağın deyirdi. Bu mühakimə hökumətin işinə təsirini göstərib, Qants rəqibini məhkumluqdan yayınmaqdan ötrü mümkün olan hər şeyi etməkdə suçlayıb.

Rəy sorğuları Mavi və Ağ partiyasına dəstəyin də azaldığını göstərir.

Netanyahunun da qarşısında əngəllər az deyil, Likud-un sağ qanaq ideologiyasını paylaşan üç keçmiş köməkçisi indi ona qarşıdır.

Rəy sorğularına görə, Likud-dan ayrılaraq Yeni Ümid partiyasını yaratmış Gideon Saar Netanyahu-dan sonra ikinci yerdədir.

XS
SM
MD
LG