Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 02:00

Tramp yardım paketini imzaladı


Donald Tramp
Donald Tramp

Sənəddə işsizlik müavinətlərinin vaxtı uzadılır, müəyyən gəlir həddinə uyğun gələn amerikalılar üçün adambaşına 600 dollar yardım nəzərdə tutulur

ABŞ Prezidenti Donald Tramp COVID-19-a görə yardım paketini və hökumətin xərcləri layihəsini bir neçə gün yubadandan sonra imzalayıb. Milyonlarla amerikalıya ayrılan işsizlik müavinətlərinin vaxtı bitirdi, konqresmenlər hökumətdə mümkün şatdaunla bağlı xəbərdarlıq edirdilər.

Tramp layihəni dekabrın 27-də imzalayıb. O, dekabrın 22-də sənədə imza atmayacağını deməklə Konqresi şoka salmışdı. Layihə artıq Nümayəndələr Palatası və Senatda təsdiqlənib.

Sənəddə işsizlik müavinətlərinin vaxtı uzadılır, müəyyən gəlir həddinə uyğun gələn amerikalılar üçün adambaşına 600 dollar yardım nəzərdə tutulur. Tramp bu məbləğin çox az olduğunu deyir, birdəfəlik ödənişin 2 min dollaradək qaldırılmasını tələb edirdi.

Dekabrın 27-də bir sıra respublikaçı konqresmenlər prezidenti sənədi imzalamağa çağırdı. Senator Pət Tumi deyib ki, ən yaxşı şey “sənədi imzalamaq və bundan sonrakı qanunvericilik layihəsinə yol açmaqdır”.

Prezidenti sənədi imzalamağa çağırırdılar

Tuminin sözlərinə görə, Trampı anlayır, 3 noyabr seçkisində demokrat Co Baydenə uduzmuş Tramp daha böyük ödənişlər tələb etməklə yadda qalmaq istəyir, “ancaq təhlükə ondadır ki, o, hökumətin xərcləmə layihəsinin vaxtının bitməsinə imkan versə, xaos, səfalət, hərdəmxəyal davranışla yadda qalacaq”.

“Fox News”a danışan senator deyib: “İstədiyin hər şeyi əldə etmirsən, hətta Birləşmiş Ştatlar prezidenti olsan belə”.

Bu qazilər ildə 50 min dollar pensiya alır
Gözlə

No media source currently available

0:00 0:04:34 0:00

Bayden də dekabrın 26-da Trampı sənədi imzalamağa çağırıb.

“Miladdan bir gün keçib, milyonlarla ailə necə dolanacağını bilmir, çünki Prezident Donald Tramp Konqresin təsdiqlədiyi iqtisadi yardım paketini imzalamaqdan imtina edir”, – Bayden bəyanatında deyib.

O, Trampı “məsuliyyətdən imtinada” suçlayıb, bunun isə “fəlakətli nəticələr verə biləcəyini” deyib.

Tramp dediyindən dönməzdisə, dekabrın 29-da günorta 12:01-ə qədər federal hökumətin pulu qurtaracaqdı.

Layihədə kiçik biznes, məktəblərin yenidən açılması, nəqliyyat sənayesi, vaksinlərin paylanması üçün də yardım nəzərdə tutulub.

XS
SM
MD
LG