Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:50

Sputnik V Putin üçün ‘ciddi qələbədir’ – Qərb mediası


Rusiya vaksini Qazaxıstana çatdırılır
Rusiya vaksini Qazaxıstana çatdırılır

4 milyon aşkarlanmış yoluxma ilə dünyada dördüncü yerdə olan Rusiya Sputnik V-yə arxalanaraq təkrar karantinə getməyib. Hakimiyyət ilin sonunadək əhalinin 60 faizini peyvəndləmək istəyir

Bu gün – fevralın 4-də fələstinlilər Rusiyanın Sputnik V vaksininin 10 min dozasını alacaqlar və bu 5 min nəfərə peyvənd vurulmasına imkan verəcək. Fələstinin səhiyyə naziri Mai Alkaila “Fələstinin səsi” radiosuna bu haqda açıqlama verib.

İsrailin tutduğu Qərb sahildə məhdud özünüidarəçiliyə malik Fələstin hakimiyyəti vaksinasiyaya bu həftə başlayıb. İsrail onlara az sayda doza yollayıb.

Çevriliş

Rusiyanın hazırladığı Sputnik V vaksininin 91 faiz effektli olması barədə bu həftə araşdırma yayılıb. “Wall Street Journal” qəzetində Georgi Kantçev yazır ki, bu, Moskva üçün geosiyasi çevriliş, çoxmilyardlıq vaksin bazarında potensial pay deməkdir.

Fevralın 2-də “The Lancet” tibb dərgisi Rusiya vaksininin 91.6 faiz effektli olması haqda ilkin təhlil dərc edib. Vaksinin ciddi yan təsiri olmadığı da açıqlanıb.

Qəzet yazır ki, Sputnik V-nin bu səviyyədə təsdiqlənməsi Prezident Vladimir Putin üçün ciddi qələbədir, Rusiya elmi və tibbinə inam səsverməsi deməkdir. Axı, Moskva vaksinin sürətlə hazırlanıb ölkədə istifadəyə təsdiqlənməsindən dolayı tənqidlə üzləşmişdi.

Moderna, həmçinin Pfizer və BioNTech şirkətlərinin vaksinləri 95 faiz civarında effektlilik göstərib. AstraZeneca şirkətinin hazırladığı vaksin isə 62-90% effekt ortaya qoyub.

4 milyon aşkarlanmış yoluxma ilə dünyada dördüncü yerdə olan Rusiya Sputnik V-yə arxalanaraq təkrar karantinə getməyib. Hakimiyyət ilin sonunadək əhalinin 60 faizini peyvəndləmək istəyir.

Üç ayadək güclü müdafiə

Bu arada AstraZeneca-nın vaksini virusun yayılmasının azalda biləcəyini göstərib, bircə doza üç ayadək güclü qoruma təmin edirmiş. “The Associated Press” bu haqda yeni araşdırmaya istinadla yazır.

Araşdırmanı vaksini şirkətlə birlikdə hazırlamış Oksford Universiteti aparıb. Agentik yazır ki, ilkin nəticələr Britaniya hökumətinin qalmaqallı strategiyasını müdafiə etmiş oldu. Belə ki, hökumət ikinci dozanın vurulmasını 12 həftəyəcən yubatmağı hədəfləyir, məqsəd də ilkin dozanın daha çox adama vurulmasıdır. İki doza arasında tövsiyə olunan fasilə isə dörd həftədir.

Bundan başqa araşdırma “vaksinlər koronavirusun yayılmasını həqiqətən önləyəcəkmi?” sualına cavab axtaran alimləri cavaba daha da yaxınlaşdıra bilər.

Bu tədqiqatın Pfizer və Moderna vaksinlərinə necə təsir göstərəcəyi isə bəlli deyil.

Birləşmiş Ştatların baş infeksionisti Entoni Fauçi ikinci dozanın qəsdən yubadılması haqda deyilənləri rədd edib. O, ABŞ-ın “elm yoluyla gedəcəyini”, klinik sınaqların nəticələrinə əsaslanacağını bildirib. Pfizer və Moderna vaksinlərinin dozaları arasında 3-4 həftə fasilə tövsiyə olunur.

Dünyada koronavirus pandemiyasından 2.2 milyondan çox insan vəfat edib.

XS
SM
MD
LG