Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 22:50

Erkən nikahdan 2 min 300 uşaq doğulub, amma statistikada...


Gürcüstanda uşağın nişanlanması Azərbaycanda müzakirələrə səbəb oldu
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

Gürcüstanda uşağın nişanlanması Azərbaycanda müzakirələrə səbəb oldu

Bir neçə gün əvvəl 11-yaşlı qız və oğlanın nişan mərasimindən olduğu bildirilən kadrlar Azərbaycanda da erkən nikahlar mövzusunu yenidən aktuallaşdırıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən "Turan" agentliyinə bildirilib ki, Azərbaycanda 18 yaşadək uşaqların nikahı yolverilməzdir: "100 ilin adətləri müasir cəmiyyət üçün qəbuledilməzdir. Hətta 30 il qabağın adət ənənələri, qanunvericiliyi müasir tələblərə və qanunvericiliyə uyğun deyil. Cəmiyyət dəyişir və bu dəyişikliklər baş verəndə qanunvericilik bunun arxasınca aparılır və təkmilləşdirilir".

"Uşaqları evliliyə hətta təşviq etmə belə..."

Komitədən bildirilib ki, Azərbaycan BMT-nin "Uşaq Hüquqları haqqında" Konvensiyasına qoşulub: "Milli qanunvericiliyinə görə də, uşaqları evliliyə hətta təşviq etmə belə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan qanunvericiliyinə görə, erkən nikah faktı baş verərsə, məsul şəxslər, yəni, valideynlər və ya uşağı nikaha təşviq, məcbur edən şəxslər 4 min manata qədər cərimə, yaxud 4 ilə qədər azadlıqdan məhrum edilə bilər".

16 yaşında ana olan, boşanan Arzu: '80 manatla necə dolanım?'
Gözlə

No media source currently available

0:00 0:04:34 0:00

Erkən nikahın statistikası

Qurumun məlumatına görə, son illərdə erkən nikahların statistikası yaxşılığa doğru gedir: "2020-ci ilin yanvar-sentyabr aylarında erkən nikaha məcbur etmə ilə bağlı 17 cinayət işi olub. Ümumiyyətlə, Azərbaycanda 2012-2013-cü illərdə uşaq nikahlarının sayı 3 min 500-4 min civarında olubsa, indi bu rəqəm 350 civarındadır. Bu o deməkdir ki, uşaq nikahlarının sayı 10 dəfə aşağı düşüb. Erkən nikahlar nəticəsində dünyaya gələn uşaqların sayı isə 50 faiz azalıb. 2012-ci ildə bu rəqəm 4 min 800 idisə, bu gün 2 min 300-dür. Ancaq bu o demək deyil ki, biz bu rəqəmlə razıyıq".

Komitədən vurğulanıb ki, problemin həlli üçün daima iş aparılır: "Hər fakt üzrə 11 dövlət qurum ayrıca araşdırma və təhlil aparır. Ona görə də bu gün Azərbaycan təcrübəsi digər ölkələr tərəfindən yaxşı nümunə kimi götürülür".

"Artıq cənub zonası uşaq nikahlarına görə ilk beşlikdən çıxıb"

Qurumdan əlavə olunub ki, hansı regionda uşaq nikahı faktına görə məsul şəxsi dövlət cəzalandırırsa, həmin regionda uşaq nikahlarının sayı 10 dəfə azalır: "Artıq cənub zonası uşaq nikahlarına görə ilk beşlikdən çıxıb".

Şəriət qaydaları ilə tanışlıq
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00

"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova isə AzadlıqRadiosuna bildirib ki, erkən nikahların olmasının günahını bir nəfərin və ya qurumun üstünə yıxmaq olmaz: "Günahkar kimi götürmək olar qadınların zəif sosial müdafiəsini, götürmək olar stereotipləri, köhnə adətləri".

O hesab edir ki, erkən nikahlarla mübarizə tədbirləri kompleks şəkildə aparılmalıdır: "Çünki bir tərəfini düzəldirik, o biri tərəf qalır. Məsələn, qanunu qəbul eləmişik, təhlükəsizliklə bağlı tədbirləri görürük, amma qadınların inteqrasiyası yoxdur. Və yaxud da məsələ ilə bağlı cəza tədbirləri görürük, amma bu insanların düşüncəsini dəyişmək üçün heç nə edilmir. Cəza insanların düşüncəsini dəyişmir".

"Ən vacib məsələlərdən biri təhsildir"

Zeynalovanın fikrincə, məktəblərdə nəzarət mexanizmi böyük rol oynayır: "Ən vacib məsələlərdən biri təhsildir. Təhsildə bərabərlik hüququ var, ayrıseçkilik yoxdur və təhsil hamı üçündür. Amma məsələ ondadır ki, hələ də qızların məktəbə buraxılmaması, onların təhsil almasına imkan verilməməsi hallari ilə rastlaşırıq. Bu məsələdə nəzarət mexanizmin böyük önəmi var. Uşaqların davamiyyətinə, onların dərslərdən yayındırılmasına nəzarət olunursa, bu, bir çox xoşagəlməz halların qarşısını ala bilər".

'Onları valideynlikdən məhrum etmək lazımdır' - Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:02:16 0:00

O vurğulayıb ki, problemin həlli üçün dayanmadan işləmək lazımdır: "İlk növbədə cəzalandırma mexanizminə nəzarəti gücləndirmək lazımdır. Yoxlamaq lazımdır, həqiqətənmi uşaq nikahlarının baş verməsində günahkar şəxs cəzalandırıb? Çünki biz eşidirik ki, bəzi hallarda cinayət işi qaldırılmır. İkinci məsələ - dövlət qurumlarda işləyənlərin bu hadisələrə loyal yanaşmasının qarşısını almaq lazımdır. Hərdən görürsən ki, onlar bu məsələyə adi bir şey kimi baxır. Əgər hadisə baş verən rayonun məsul şəxsləri cəzalansa, bundan sonra onlar daha diqqətli olacaq".

"Problemi aşkarlamaq çətinləşib"

Zeynalova əlavə edib ki, koronavirus pandemiyası nəzarət mexanizminə böyük zərər vurub: "Əvvəl uşağın məktəbdə davamiyyətinə görə onun ərə verilməsindən şübhələnmək, sonra isə müəyyənləşdirmək olurdu. İndi isə tədris onlayn qaydada keçirilir, çoxusunda internet problemi var və problemi aşkarlamaq çətinləşib. Digər tərəfdən də, toylara qadağa qoyulub. Əvvəl toyların monitorinqini apararkən erkən nikah faktını aşkarlamaq olurdu. Ona görə də biz hazırda problemlə bağlı real statistikanı bilmirik".

XS
SM
MD
LG