Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 20:51

Dünyada koronavirusla bağlı vəziyyət necədir


Bolqarıstanda restoranlar açılır
Bolqarıstanda restoranlar açılır

Braziliyada pandemiyanın ən pis dönəmi qeydə alınır. Manaus şəhərində aşkarlanmış variant ölkəyə yayılmaqdadır

Cənubi Afrika bir neçə həftəlik sərt qadağaları yüngülləşdirməyə başlayır. Braziliyanın paytaxtı və Avropanın bəzi yerlərində isə virusun müxtəlif variantları tüğyan edir.

Cənubi Afrika Prezidenti martın 1-də elan edib ki, yoluxmalarda “kəskin azalma” koronaviKiril Ramafozarus qadağalarını yüngülləşdirməyə imkan verir.

Ölkədə iqtisadi fəaliyyət əsasən bərpa olunacaq, Johnson & Johnson vaksinlərinin ikinci partiyası da artıq çatdırılıb.

Virusun Cənubi Afrika variantının daha yoluxucu olduğu güman edilir və dünyaya yayılması ilə bağlı narahatlıq var.

Ramafoza deyib ki, ölkədə son bir həftədə 10 mindən də az yeni yoluxma aşkarlanıb. Dekabrda bu göstərici 90 min idi. O, azalmaları sağlamlıq tədbirləri, davranışda dəyişiklik, artıq yoluxanlarda immunitetin yaranması ilə əlaqələndirib.

Manaus variantı

Bu arada Braziliyada pandemiyanın ən pis dönəmi qeydə alınır. Manaus şəhərində aşkarlanmış variant ölkəyə yayılmaqdadır.

Narahatlıq yaradan məqam odur ki, Manausda aparılan araşdırmalar yeni variantın mövcud anticismlərə dayanıqlı olduğunu göstərir. Bu isə təkrar yoluxmalar deməkdir.

Alimlərin fikrincə, Manausdakı variantın Cənubi Afrika mutasiyası ilə bəzi oxşarlıqları var və mövcud vaksinlərə daha pis reaksiya verə bilər.

Braziliyanın paytaxtı Braziliada həftəsonundan ikihəftəlik karantin elan olunub. Ölkədə indiyədək pandemiyadam 254 min ölüm qeydə alınıb.

Yeni karantin çərçivəsində martın 15-dək barlar, restoranlar, ticarət mərkəzləri, məktəblər bağlanır. Adamların bir yerə yığışması qadağan olunur.

Avropa

Artıq Braziliya variantı Britaniyada da qeydə alınıb. Ölkədə yüksək yoluxucu Manaus variantına altı yoluxma aşkarlanıb.

Ötən ilin sonunda Britaniyada aşkarlanmış yüksək yoluxucu variant ölkədə yoluxmaların kəskin artırmışdı. O vaxtdan Britaniya variantı Avropanın əksər hissəsinə yayılaraq xəstəliyin üçüncü dalğası sarıdan əndişələri artırıb. Çexiyadan tutmuş Portuqaliyayadək qadağalar sərtləşdirilib.

Norveçin paytaxtı Osloda martın 2-dən 15-cən qismən karantin elan olunub, restoranlar, həyat üçün əhəmiyyətli sayılmayan biznes bağlanır.

Slovakiya da qonşu Çexiyanın yoluyla gedərək martın 3-dən virus qadağalarını sərtləşdirir, adamların hərəkətinə məhdudiyyətlər qoyulur.

XS
SM
MD
LG