Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 20:26

Qasparyan vəzifə başındadır


Armen Sarkisyan (solda) və Onik Qasparyan
Armen Sarkisyan (solda) və Onik Qasparyan

Bəzi mütəxəssislərin fikrincə, Onik Qasparyan qanuna uyğun olaraq vəzifədən getməlidir

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyan vəzifədə xidmətini davam etdirir. Bu haqda martın 3-də baş qərargah məlumat yayıb.

Qərargah Prezident Armen Sarkisyanın Qasparyanı işdən çıxarmaqla bağlı fərmanı imzalamamasının təhlilini Facebook-da dərc edib. Təhlildə prezidentin müstəsna olaraq Konstitusiyaya uyğun hərəkət etdiyi, Qasparyanın işdən çıxarılmasıyla bağlı müraciətdən 8 gün keçəndən sonra xidməti davam etdirdiyi vurğulanır. Prezidentin Konstitusiya Məhkəməsinə müraciətindən sonra başqa tarixlərin qüvvəyə mindiyi qeyd edilir.

Ermənistan prezidenti Paşinyanın təklifini ikinci dəfə qəbul etmədi
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00

Konstitusiya Məhkəməsinə müraciət

Prezident Sarkisyan martın 2-də bəyan edib ki, Baş nazir Nikol Paşinyanın Qasparyanın işdən çıxarılmasına dair təklifini imzalamamaq qərarına gəlib. Prezident Konstitusiyasının 169-cu maddəsinin 1-ci bəndindən çıxış edərək Konstitusiya Məhkəməsindən xahiş edib ki, 2017-ci il noyabrın 15-də qəbul olunmuş “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanunun konstitusiyaya uyğunluğunu müəyyənləşdirsin.

Bəzi mütəxəssislərin fikrincə, Onik Qasparyan qanuna uyğun olaraq vəzifədən getməlidir. Onlar deyirlər ki, prezident Sarkisyanın baş nazirin fərmanını imzalamaqdan imtina etməsinə baxmayaraq, sənəd martın 3-dən avtomatik qüvvəyə minir.

Paşinyan Qasparyanın işdən çıxarılması üçün prezidentə fevralın 25-də müraciət edib. Bundan sonra elə həmin səhər baş qərargah adından yayılmış bəyanatda baş nazir və hökumətin istefası tələb olunub. Baş nazir bunu “hərbi çevriliş cəhdi” adlandırıb. Həmin gün Respublika meydanında keçirdiyi mitinqdə Paşinyan Qasparyanı istefaya çağırıb.

Fevralın 27-də prezident fərman layihəsini baş nazir aparatına qaytarsa da, baş nazir dərhal onu yenidən prezidentə göndərib.

XS
SM
MD
LG