Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 19:47

Rusiya vaksini AB-də ekspertizadan keçirilir


Arxiv fotosu
Arxiv fotosu

Sputnik V-ni hazırlamış və dünyada satışı üçün məsuliyyət daşıyan Rusiya Birbaşa İnvestisiya Fondunun başçısı martın 4-də bildirib ki, ATA tərəfindən təsdiqlənərsə, iyundan 50 milyon avropalı üçün vaksin göndərilə bilər

Avropanın tibb agentliyi Rusiyanın koronavirusa qarşı hazırladığı Sputnik V vaksinini “mərhələli ekspertiza”dan keçirməyə başlayıb. Bu, vaksinin 27 üzvü olan birlik ərazisində istifadəyə təsdiqlənməsi yönündə vacib addımdır.

Avropa Tibb Agentliyinin (ATA) komitəsi təsdiqlənmədən ötrü yetərincə klinik data əldə olunana kimi vaksinin davam edən sınaqlarının nəticələrinə baxacaq. Məlumatı Amsterdamda yerləşən agentlik martın 4-də yayıb.

Ötən ay “The Lancet” tibb dərgisində dərc olunmuş araşdırmada ikidozalı Sputnik V vaksininin simptomatik COVID-19-a qarşı 91.6 faiz effektiv olduğu qeyd edilirdi. Bu, Qərbdəki aparıcı vaksinlərlə eyni səviyyə deməkdir.

“Mərhələli ekspertiza”

ATA-nın “mərhələli ekspertiza”larının məqsədi uğurlu vaksinin təsdiqlənməsi prosesini sürətləndirməkdir. Yəni tədqiqatçılar son sınaq datası hazır olanadək öz nəticələrini təqdim edə bilirlər.

Agentlik indiyədək Pfizer/BioNTech, Moderna və AstraZeneca /Oxford vaksinlərini təsdiqləyib, gələn həftə J&J-in birdozalı vaksini ilə bağlı rəyini açıqlamalıdır.

CureVac və Novavax vaksinləri ilə baxış mərhələsindədir.

Sputnik V-ni hazırlamış və dünyada satışı üçün məsuliyyət daşıyan Rusiya Birbaşa İnvestisiya Fondunun başçısı martın 4-də bildirib ki, ATA tərəfindən təsdiqlənərsə, iyundan 50 milyon avropalı üçün vaksin göndərilə bilər.

Kiril Dmitriyevin sözlərinə görə, bu ay bir neçə Avropa ölkəsinin də Sputnik V-ni təsdiqləyəcəyi gözlənir.

Artıq Slovakiya da Sputnik V-nin ilk partiyasını qəbul edib. Ondan öncə AB-nin digər üzvü Macarıstan hələ ATA-nın təsdiqləmədiyi vaksindən almağa başlayıb.

XS
SM
MD
LG