Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 22:33

Moldova COVAX-dan ilk vaksinləri alır


Moldova
Moldova

Ötən həftə Rumıniya Moldovaya 21 min 600 doza AstraZeneca vaksini göndərib

Moldova Prezidenti Maya Sandu ölkəsinin COVAX qlobal sxemi çərçivəsində COVID-19 vaksini aldığını bildirir. Bu sxem yoxsul ölkələrin vaksinlə təminatı üçün yaradılıb.

Sandu martın 5-də tvitində yazıb ki, Moldova Avropada COVAX vasitəsilə vaksin alan ilk ölkədir, ötən gecə ilk 14 min 400 vaksini əldə edib.

Qərbyönlü prezident Almaniyaya və AB-nin digər üzvlərinə, eləcə də Birləşmiş Ştatlar, Britaniya, Kanada, Avropa Komissiyasına “həmrəylik” üçün təşəkkür edib.

Dünya Səhiyyə Təşkilatının (DST) martın 4-də yaydığı bəyanata görə, ölkə COVAX vasitəsilə 1.7 milyon nəfər, yəni əhalisinin təxminən yarısına yetəcək qədər vaksin tədarükü görüb.

Moldova vaksin əldə etməyə çalışırdı və ianələri alqışlayırdı.

Ötən həftə Rumıniya Moldovaya 21 min 600 doza AstraZeneca vaksini göndərib. Bununla da Avropanın ən yoxsul ölkələrindən biri vaksinasiya kampaniyasına başlayıb.

Rumıniya Prezidenti Klaus Yohannis dekabrda Moldovaya Avropa Birliyinin ayırdığı kvotasından 200 min vaksin vəd elədi.

Moldovada koronavirusa 191 mindən çox yoluxma və 4 mindən artıq ölüm qeydə alınıb.

XS
SM
MD
LG