Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:36

İran nüvə sazişinin şərtlərindən bir az da geri çəkilir


Natazdakı sentrifuq kaskadı
Natazdakı sentrifuq kaskadı

İran Natanz nüvə stansiyasında uranın üçüncü kaskadda təkmil IR-2M sentrifuqları ilə zənginləşdirilməsinə başlamaqla 2015-ci il sazişinin şərtlərindən daha çox geri çəkilib.

Bu barədə xəbəri Reuters agentliyi martın 8-də BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatına əsasən xəbər verir.

Agentliyin müşahidəçiləri martin 7-də müəyyən ediblər ki, İran sentrifuqların üçüncü silsiləsinə kükürd-flüorid doldurmağa başlayıb.

Hesabatda deyilir ki, İranda IR-2 sentrifuqlarından ibarət kaskad quraşdırılsa da, sentrifuqlara hələlik uran-flüorid (6) verilməyib.

Bu da xəbər verilir ki, İran IR-2 sentrifuqlarının 5-ci kaskadı üzərində işi davam etdirir.

Daha sürətli sentrifuqlar

2015-ci ilin nüvə sazişinə görə Tehran onun üzərindəki beynəlxalq sanksiyaların qaldlrılması müqabilində özünün nüvə proqramını məhdudlaşdırmalı idi.

Bu sənədə görə İran uranın zənginləşdirilməsində yalnız IR-1 sentrifuqlarından istifadə edə bilər.

Bu sentrifuqlar uranı daha aşağı sürətlə zənginləşdirir.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə ölkəsini birtərəfli qaydada nüvə razılaşmasından çıxardıqdan sonra, Tehran da bu sənəd üzrə öhdəliklərindən mərhələ-mərhələ geri çəkilib.

Ötən həftə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif demişdi ki, onun ölkəsi Qərbə “çox konstruktiv hərəkət planı” təklif etməyə hazırlaşır.

ABŞ-ın yeni prezidenti Co Bayden İranla 2015-ci il sazişinə qayıdılmasına tərəfdardır.

Lakin o deyib ki, buna görə ilk addımı İran atmalı və saziş üzrə öhdəliklərinə qayıtmalıdır.

İran isə əvvəlcə sanksiyaların qaldırılmasını istəyir.

XS
SM
MD
LG