Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:22

Avropa ‘vaksin millətçiliyi’ ittihamını rədd edir


Avropa Şurasının prezidenti Şarl Mişel
Avropa Şurasının prezidenti Şarl Mişel

Avropa Şurasının prezidenti Şarl Mişel martin 9-da Avropa İttifaqına qarşı “vaksin millətçiliyi” ittihamını rədd edib və deyib ki, Britaniya və ABŞ COVID-19 vaksinlərinin ixracına birbaşa qadağan qoyduqları halda Avropa bu yolu tutmayıb.

Reuters agentliyi yazır ki, Avropa İttifaqı peyvəndləmə prosesində Britaniya və ABŞ-dan geridə qaldığına, habelə yoxsul ölkələrin vaksinlə təchizatında Çin, Rusiya və Hindistandan daha az iş gördüyünə görə tənqid olunur.

Ötən həftə Avropa İttifaqı Avstraliyaya vaksin göndərilməsinə qadağan qoyulmasına dair İtaliyanın təklifini qəbul etdiyinə görə sərt tənqid olunur.

Britaniya sərt reaksiya verir

Britaniya Mişelin bu bəyanatına dərhal cavab verərək bildirib ki, London COVID-19 vaksinlərinin ixracına heç bir qadağan qoymayıb.

Britaniyanın xarici işlər naziri Dominik Raab sözü gedən iddialarla bağlı narazılığını bildirib.

Reuters yazır ki, Mişel Avropa İttifaqının strategiyasını müdafiə etmək məqsədilə uzun-uzadı bəyanat verib.

O deyib ki, Avropa olmadan bir neçə vaksinin bir ildən də az müddətdə hazırlanması və istehsalı mümkün olmazdı.

Avropa İttifaqı dünyanın aparıcı vaksin istehsalçısı olacaq

Mişel habelə yoxsul ölkələrin Çin, Rusiya və başqa ölkələr tərəfindən vaksinlə təchiz olunduğuna dair fikiilərə də toxunub.

O deyib ki, demokratik dəyərləri Avropa ilə müqayisə olunmayacaq Çin və Rusiya barədə yanlışlığa yol vermək olmaz.

Mişel vurğulayıb ki, Avropa vaksinlərdən heç vaxt təbliğat məqsədilə istifadə etməyəcək.

Avropa Şurasının prezidenti habelə Avropadan vaksin ixracının məhdudlaşdırılması məsələsi barədə söz açıb.

O deyib ki, Avropa İttifaqı şirkətlərin onun sifariş etdiyi vaksin dozalarını başqa inkişaf etmiş ölkələrə göndərməsinə biganə qala bilməz.

Mişel bildirib ki, Avropa İttifaqı tezliklə dünyanın aparıcı vaksin istehsalçısına çevriləcək və o virus mutasiyalarına görə vaksinlərin modifikasiya edilməsinə daha çox hazırlıqlıdır.

XS
SM
MD
LG