Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:42

Putin daha bir işğala girişə bilərmi – Qərb mediası


Vladimir Putin
Vladimir Putin

Putin 2024-cü ildə, 72 yaşında altı illiyə, daha sonra 2030-cu ildə daha bir müddətə prezident seçilmək istərdi

Rusiyanın Krımı ilhaq etməsindən 7 il keçir. “Politico” dərgisində Leon Aron yazır ki, Prezident Vladimir Putinin Ukraynaya müdaxiləsinə səbəb olmuş faktorlar indi də ortalıqdadır – ölkəiçi etirazlar, çabalayan iqtisadiyyat və şöhrət arzusu. Və bu faktorların trayektoriyasını proqnozlaşdıraraq plan cızmaq ABŞ Prezidenti Co Bayden administrasiyasını narahat etməlidir.

Rusiya Bayraktara qarşı müdafiə sistemi hazırlayır?
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

İki səbəb

Müəllif qeyd edir ki, hazırda Putinin oxşar böyük və cəsarətli addım barədə düşünməsinə azı iki səbəb var. Birinci səbəb stratejidir: o, özü və Rusiya üçün şöhrət istəyir. İkinci motiv isə taktikidir: ömürlük prezidentliyə çalışır. 2024-cü ildə, 72 yaşında altı illiyə, daha sonra 2030-cu ildə daha bir müddətə prezident seçilmək istərdi. Həm də on ildən artıqdır iqtisadiyyat və gəlirlərin durğunluq yaşadığı bir ölkədə, Covid-19 pandemiyasının da hələ çəkilib getmək fikri yoxdur.

“Ən əsası, demokratiya tərəfdarı olan lider Aleksey Navalnının həbsi ölkənin 100-dən çox şəhərində etirazlara səbəb olub və bu, 2011-12-ci illərin anti-Putin etirazlarından bəri ilk dəfədir baş verir”, – məqalədə deyilir.

Putin 2014-cü ildə Krımın “qaytarılması”ndan iqtisadi proqresi, gəlirlərdə artımı kompensasiya etmək üçün yararlandı, həm də öz populyarlığının, rejiminin legitimliyinin əsas sütununa çevirdi. Levada Mərkəzi müstəqil sorğu şirkətinin direktoru Lev Qudkov Putinin legitimliyə yeni iddiasını "vətənpərvər səfərbərlik" adlandırıb. Və bundan sonra Putinin populyarlığı artdı.

Potensial hədəflər

Məqalədə deyilir ki, Putin daha bir qalibiyyət müharibəsi istəsə, yetərincə potensial hədəflər var. Azı beş qonşu ölkə aşkar namizədlərdir. Onlardan üçü – Gürcüstan, Moldova və Ukrayna “dondurulmuş münaqişələr” olan ərazilərdir.

Müəllif təhlükənin bununla bitmədiyini, NATO-nun şərq cinahına, Estoniya, Latviya və Litvaya da sürətlə və qalibiyyətlə “dürtülmə”nin mümkün olduğunu qeyd edir. “Həm Brüssel, həm də Moskva Baltik ölkələrinin qısa zaman kəsimində müdafiəsiz olduğunu bilirlər”, – məqalədə deyilir.

Ötən il Ermənistanla 44 günlük müharibəsi nəticəsində Rusiya hərbçiləri artıq Azərbaycan ərazisinə də yerləşiblər. Təxminən 2 min hərbçinin 5 il müddətinə, atəşkəsə nəzarət məqsədilə yerləşdirildiyi bildirilir. Amma müxalifəti və müstəqil fikirlilər Rusiya hərbçilərinin gəlişini ölkənin müstəqilliyinin pozulması kimi dəyərləndiriblər.

XS
SM
MD
LG