Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:38

Gürcüstanda tibb bacısı vaksin vurdurandan sonra ölüb


Gürcüstan Prezidenti Salome Zurabişviliyə peyvənd vurulur
Gürcüstan Prezidenti Salome Zurabişviliyə peyvənd vurulur

Gürcüstanın Səhiyyə Nazirliyinin bildirməsinə görə, qadının vaksinasiyadan dərhal sonra baş vermiş ölümünün səbəbi araşdırılır

Gürcüstan rəsmiləri 27 yaşlı tibb bacısının ölümünün ona vurulan AstraZeneca vaksini ilə əlaqəli olub-olmadığını araşdırır.

Megi Bakradzenin bir gün öncə, peyvənd vurulandan az sonra anafilaktik şok keçirdiyi bildirilir. O bundan sonra Axaltsixe şəhərindən Tbilisidə klinikaya aparılıb və orada vəfat edib.

Gürcüstanın Səhiyyə Nazirliyinin bildirməsinə görə, qadının vaksinasiyadan dərhal sonra baş vermiş ölümünün səbəbi araşdırılır.

Tibb bacısının bundan öncə də dərmanlara hansısa reaksiyasının olub-olmadığı bəlli deyil.

Avropanın bir sıra ölkələri son bir həftə ərzində AstraZeneca-dan istifadəni dayandırıb, bunu peyvəndin bəzi adamlarda ciddi qan laxtalanması yaratması haqda xəbərlərdən sonra edib.

3 mindən çox tibb işçisinə peyvənd vurulub

Bir neçə milyon peyvənd vurulandan sonra təxminən 30 nadir beyin qan laxtalanması qeydə alınıb. Ancaq Avropa Birliyi və Britaniyada tənzimləyici orqanlar vaksinin faydalarının laxtalanma riskini üstələdiyini açıqlayandan sonra martın 19-da onlarla ölkə vaksindən istifadəni bərpa edib.

Gürcüstan isə vaksinin yan təsirləri ilə bağlı narahatlığa baxmayaraq martın 15-də məhz AstraZeneca ilə vaksinasiyaya başladı.

Martın 13-də ölkəyə 43 min 200 doza vaksin göndərilib və martın 19-da səhərəcən 3 min 642 tibb işçisinə peyvənd vurulub.

Bu ayın sonuna Gürcüstan Pfizer/BioNtech vaksini da əldə edəcək.

3.7 milyon əhalisi olan ölkədə indiyədək koronavirusa 276 mindən çox yoluxma, 3 min 600-dən çox ölüm qeydə alınıb.

XS
SM
MD
LG