Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:44

Paşinyan: '...Həm Ermənistan, həm də Azərbaycan üçün faydalıdır'


Nikol Paşinyan, Yerevan, 1 mat 2021
Nikol Paşinyan, Yerevan, 1 mat 2021

“Kommunikasiyaların blokadadan çıxarılması həm Ermənistan, həm də Azərbaycan üçün faydalıdır. Yolların açılması Azərbaycan üçün faydalıdır, çünki onun Naxçıvanla əlaqəsi olmalıdır, Ermənistan üçün də faydalıdır, çünki Rusiya və İranla etibarlı dəmir yolu əlaqəsinə ehtiyacımız var. Bu, iqtisadiyyatımızın əhəmiyyətli dərəcədə dəyişə biləcəyi deməkdir ”.

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan martın 20-də Herkin Bazmaberd kəndinin sakinləri ilə göüşündə səsləndirib.

Paşinyana görə, bölgədəki ən böyük problem Ermənistanın düşmən kimi qəbul edilməsi və Ermənistanın da digərlərini düşmən hesab etməsidi.

“Bu qapalı zəncirin bir şəkildə idarə edilməli olduğunu bildirməliyik, çünki bu, bizim və başqalarının qarşılaşdıqları ən böyük çətinlikdir. Bu asan bir sual deyil, asan olsaydı çoxdan həll edilədi" deyə o bildirib.

Paşinyan vurğulayıb ki, Azərbaycan liderinin deməsindən fəqli olaraq Qarabağ məsələsi həllə də həll olunmayıb.

Paşinyan çıxışında Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın son çıxışına- Paşinyanın yeganə çıxış yolu dərhal istefa veməsi və ən azından xarici ölkəyə müvəqqəti getməli olduğu barədə açıqlamasına da münasibət bildirib.

“Levon Ter-Petrosyan deyir: təşkil edin, qoy baş nazir ölkəni tərk etsin. Levon Ter-Petrosyan, şərəfli karyerası boyunca iki dəfə çox yaxşı bir qaçış nümunəsi göstərib. Qaça bilən bir insana bənzəyirəm? Əgər xalqım mənim güllələnməyimə qərar verərsə, təvazökarlıqla divarın altında dayanacağam. Qoy heç kim xalqın hər hansı bir qərarından sonra qaçacağımı düşünməsin ”deyə Paşinyan vuğulayıb.

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma ötən il 44 günlük müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə (Şuşaşəhəri daxil), ətraf yeddi rayona və bəzi qəsəbələrə nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG