Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:33

Bayden azı 3 trilyon dollarlıq paketi nəzərdən keçirir


Nyu York, arxiv fotosu
Nyu York, arxiv fotosu

Respublikaçılar adətən vergilərin artırılmasına qarşı çıxırlar, yeni təkliflərə şübhələrini bildiriblər.

Prezident Co Bayden iqtisadiyyatın gücləndirilməsi, infrastrukturun qurulması, iqlim dəyişikliyi problemləri və digər sosial prioritetlərin həllindən ötrü nəhəng xərcləmə paketini nəzərdən keçirir. Bu haqda ABŞ mediası martın 22-də yazıb.

Baydenin müşavirləri bu həftə prezidentə 3-4 trilyon dollarlıq təkliflər haqda məlumat verəcəklər. Bu, ümumi daxili məhsulun 7-10 faizi deməkdir.

Paket hansı məsələləri əhatələyə bilər

Ağ evin sözçüsü Jen Psaki isə martın 22-də Twitter-də yazıb ki, Bayden bu həftə hansısa təklifi açıqlamayaq və “vaxtından əvvəl hər hansı spekulyasiya irəli sürmək lazım deyil”.

Onun sözlərinə görə, “əsas diqqət iş yerlərinin yaradılmasına və amerikalıların həyatının yaxşılaşdırılmasına ayrılacaq”.

“The New York Times” yazıb ki, Baydenin müşavirləri iqtisadiyyatın stimullaşdırılması, atmosferə tullantıların, iqtisadi bərabərsizliyin azaldılması, nəhəng infrastruktur planı başladılması üçün 3 trilyon dollar xərcləməyi tövsiyə edəcəklər.

Paketin iki hissəyə ayrılacağı, birinin infrastrukturu, digərinin sosial məsələləri əhatələyəcəyi bildirilir. İkinci qrupa bağçaya qədər baxım mərkəzləri, uşaqlara qayğısı, pulsuz icma kollec haqqı daxildir.

Mənbələrin ABŞ mediasına bildirməsinə görə, xərclər qismən korporasiya və zənginlərə vergilərin artırılması yoluyla maliyyələşə bilər.

Tənqidlər

Dekabrda və martda Konqres üst-üstə 3 trilyon dollara yaxın iki layihəni təsdiqləyib. Bəzi iqtisadçılar büdcə kəsirinin artacağı, iqtisadiyyatın qızacağı ilə bağlı narahatlıq bildiriblər.

Baydenin hər hansı yeni addımının Konqresdə maneəylə üzləşəcəyi gözlənir. Demokratlar Nümayəndələr Palatasında azacıq üstünlüyə malikdirlər, senatda isə respublikaçılarla sayları bərabərdir.

Respublikaçılar adətən vergilərin artırılmasına qarşı çıxırlar, yeni təkliflərə şübhələrini bildiriblər.

“Eşidirik ki, bir neçə aya ‘infrastruktur’ təklifi irəli sürüləcək, bu isə əslində, nəhəng vergi artımı və digər iş yerlərinin qənimi olan sol-qanad siyasəti üçün Troya atı ola bilər”, – Senatda azlığın lideri Miç MakKonnel martın 22-də deyib.

XS
SM
MD
LG