Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:23

Azərbaycanda hansı ölkələr şirkət açıb, pul qoyub, işləyir?


ABŞ dolları, arxiv foto
ABŞ dolları, arxiv foto

Hər 10 şirkətdən biri xarici kapitallıdır

Bu ilin əvvəlinə olan rəsmi bilgiyə görə, Azərbaycanda 155 min 435 hüquqi şəxs fəaliyyət göstərir. Həmin şirkətlərin 15 min 325-i, yəni təxminən 10 faizi xarici investisiyalıdır. Bunların da 12 min 309-u (80 faizi) tam xarici investisiyayla çalışır, qalan 3 min 16-sı isə birgə qurumdur. Ötən il xarici kapitallı şirkət sayı 1 min 310 ədəd və ya 9 faiz artıb. Daha bir il öncə bu göstərici təxminən dörd dəfə çox - 34 faiz idi.

Ölkədə fəaliyyət göstərən hər beş xarici investisiyalı şirkətdən biri Türkiyə kapitallıdır.

Azərbaycanda qeydiyyatdan keçən xarici müəssisələrin sayı

(2021-ci il yanvarın 1-nə olan bilgi)

Ölkə
Azərbaycanda qeydiyyatdan keçmiş müəssisələrin sayı
Türkiyə
3 min 310
İran
1 min 594
Rusiya
705
Böyük Britaniya
628
ABŞ
261
Almaniya
169
Digər ölkələr
8 min 658
Toplam
15 min 325

Hər üç əcnəbi işçidən biri Türkiyə vətəndaşıdır

Azərbaycan və Türkiyə bayraqları, arxiv foto
Azərbaycan və Türkiyə bayraqları, arxiv foto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin uyğun statistikasından aydın olur ki, indi Azərbaycanda 110 ölkədən gəlmiş 12 min 366 əcnəbi vətəndaş əmək müqaviləsiylə fəaliyyət göstərir. Hüquqi şəxslərdə olduğu kimi, əcnəbi vətəndaşların sayına görə də lider Türkiyədir. Ölkədə əmək müqaviləsi ilə çalışan əcnəbilərin üçdə biri Türkiyə vətəndaşıdır.

Müvafiq ölkələr üzrə Azərbaycanda əmək müqaviləsiylə çalışan əcnəbi sayı

Ölkə
Əmək müqaviləsiylə çalışan işçilərin sayı
Türkiyə
3 min 890
Gürcüstan
2 min 373
Rusiya
1 min 480
İran
795
Ukrayna
390
Pakistan
361
Hindistan
355
Böyük Britaniya
306
Qazaxıstan
249
Digər
2 min 167
Toplam
12 min 366

Azərbaycanda, azı, 118 min əcnəbi yaşayır

Pandemiya ilində Azərbaycanda daimi yaşayan xarici ölkə vətəndaşlarının sayı təxminən 4 faiz azalıb. Dövlət Miqrasiya Xidmətinin ilin əvvəlinə olan göstəricilərinə görə, hazırda Azərbaycanda 118 min 409 əcnəbi yaşayır. Bu siyahıda liderlik Rusiyaya məxsusdur. (38 faiz) Ölkədə yaşayan bütün əcnəbilərin 70 faizi Rusiya və Gürcüstan vətəndaşlarıdır, ancaq onların da çoxu həmin ölkələrin vətəndaşları olan etnik Azərbaycanlılardır.

Müvafiq ölkələr üzrə Azərbaycanda yaşayan əcnəbilərin sayı

Ölkə
Azərbaycanda yaşayan əcnəbilərin sayı
Rusiya
44 min 805
Gürcüstan
38 min 698
Türkiyə
11 min 293
Ukrayna
4 min 145
İran
2 min 662
Digər
16 min 806
Cəmi
118 min 409

Bütün xarici investisiyaların dörddə biri Böyük Britaniyadandır

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, arxiv foto
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, arxiv foto

Dövlət Statistika Komitəsinin Azərbaycana qoyulan xarici investisiyalarla bağlı sonuncu hesabatı 2019-cu ildəki məlumatları əhatə edir. Həmin göstəricilərə görə, Azərbaycana ən çox xarici sərmayə yatıran ölkə Böyük Britaniyadır. Ölkəyə yatırılan bütün xarici investisiyaların təxminən dörddə biri bu ölkənin payına düşür. Ümumiyyətlə, Böyük Britaniya Statistika Komitəsinin xarici investisiyalarla bağlı məlumatları dərc etdiyi müddətdən – 2002-ci ildən bəri bu ölkə hər il sözügedən sahədə lider olmağı bacarıb. Hətta 2003-2011-ci illərdə Azərbaycana yatırılan xarici kapitalın, demək olar, tən yarısı məhz bu ölkəyə məxsus olub.

Azərbaycana ən çox xarici investisiya yatıran ölkələr

Ölkə
İnvestisiya məbləği (manat)
ümumi həcmdə çəkisi (faizlə)
Böyük Britaniya
1 milyard 403 milyon
24,7
Lüksemburq
778 milyon
13,7
Türkiyə
503 milyon
8,9
ABŞ
412 milyon
7,3
İsveçrə
368 milyon
6,5
Yaponiya
338 milyon
6,0
Malayziya
290 milyon
5,1
Norveç
183 milyon
3,2
Fransa
145 milyon
2,5
İran
187 milyon
3,3
Rusiya
187 milyon
3,3

XS
SM
MD
LG