Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:27

Pfizer/BioNTech vaksini 12-15 yaşlılarda ‘100 faiz’ effekt göstərib


Pfizer/BioNTech vaksini
Pfizer/BioNTech vaksini

Dünya Səhiyyə Təşkilatı (DST) martın 31-də bildirib ki, klinik sınaqların aralıq təhlili Sinovac və Sinopharm vaksinlərinin “təhlükəsiz olduğunu və yaxşı effekt verdiyini” göstərir, amma data qıtlığı var

Pfizer və BioNTech şirkətləri COVID-19-a qarşı vaksinin 12-15 yaşlılarda 100 faiz effekt göstərdiyini bildirirlər.

Bu arada Qərbin AstraZeneca və Çinin iki vaksini ilə bağlı yeni informasiya və məhdudiyyətlər də açıqlanmaqdadır.

2.5 milyarda yaxın doza

Pfizer/BioNTEch-in açıqlaması isə koronavirus pandemiyasına qarşı vaksinasiyanın önündə gedən ölkələrdə həyatın normal tempə qayıdacağına ümid yaradır.

Bu həm də milyonlarla məktəblinin məktəbə qayıtması şansını artırır. Şirkət yeni obyektlərinin bu il 2.5 milyarda yaxın doza istehsalına imkan verəcəyini bildirir.

ABŞ-Almaniya müəssisəsinin bildirməsinə görə, Birləşmiş Ştatlarda 3-cü faza sınağı zamanı vaksin 2 mindən çox 12-15 yaşlı yeniyetmə üzərində “100 faiz effekt və güclü anticism reaksiyası yaradıb”.

Pfizer-in baş icraçı direktoru Albert Burla deyib ki, data ABŞ-ın Ərzaq və Dərman Agentliyinə (FDA) təqdim olunacaq, “gələn dərs ili başlananadək bu yaş qrupunun peyvəndlənməsinə başlamağa” ümid edirlər.

Dünyada koronavirusa 128 milyondan çox yoluxma və 2.8 milyon ölüm təsdiqlənib.

11 yaşlılar üzərində sınaq başlayıb

Pfizer/BioNTech Qərbdə təsdiqlənən ilk vaksin olub, azı 65 ölkədə onun vurulmasına başlanıb.

O və Moderna vaksini mRNA texnologiyasına əsaslanır.

Vaksin yalnız yetkin yaşlı insanlar üzərində sınaqdan keçirilmişdi.

ABŞ və AB-nin tənzimləyici orqanları Pfizer/BioNTech vaksininin 16 və yuxarı yaşlılara vurulmasını təsdiqləyib.

Pfizer ötən həftədən vaksini 11 yaşlılar üzərində də sınaqdan keçirməyə başlayıb.

İsraildə 1.2 milyon yetkin yaşlı üzərində tədqiqat Pfizer/BioNTech vaksininin 94 faiz effektli olduğunu göstərib. Bu isə vaksinin təcili istifadəyə təsdiqlənməsindən öncə açıqlanmış klinik sınaq nəticələrinə çox yaxın göstəricidir.

BioNTech-in martın 31-də bildirməsinə görə, 2021-ci ildə 2.5 milyard doza vaksin istehsalı gözlənir.

Suallar

Bu arada AstraZeneca/Oksford və Çinin iki vaksiniylə bağlı suallar yaranır.

Dünya Səhiyyə Təşkilatı (DST) martın 31-də bildirib ki, klinik sınaqların aralıq təhlili Sinovac və Sinopharm vaksinlərinin “təhlükəsiz olduğunu və yaxşı effekt verdiyini” göstərir, amma data qıtlığı var. Məlumata görə, vaksinlərin daha yaşlı qruplara və yanaşı xəstəlikləri olanlara təsiriylə bağlı data çatışmır.

Çinin hər iki vaksini bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda artıq istifadə olunur.

Almaniya hakimiyyəti martın 30-da yaşı 60-dan aşağı olanlara AstraZeneca vaksininin vurulmasını dayandırıb. Az sayda pasiyentdə qan laxtalanması ilə vaksin arasında mümkün əlaqə araşdırılır.

XS
SM
MD
LG