Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:51

Ad günü keçirən baş nazir cərimələndi


Erna Solberq
Erna Solberq

Başqa heç kəs partidə iştiraka görə cərimələnməyib. Partinin keçirildiyi restoranın da qanunu pozduğu aşkarlanıb, amma cərimə kəsilməyib

Norveçin Baş naziri Erna Solberq COVID-19-la əlaqədar sosial məsafə qaydalarını pozduğuna görə cərimələnib. Amma ailə üzvlərinin iştirakıyla keçirilən ad günü şənliyinə özü qatılmayıbmış.

Polis aprelin 9-da Solberqin 20 min Norveç kronu (2 min 352 dollar) cərimələndiyini açıqlayıb. Baş nazirin ailəsi restoranda yemək yeyib, üstəlik, onun icazə verilən saydan artıq adamın oraya gedəcəyindən xəbəri olubmuş. Polis rəsmisi Ole Saeverudun sözlərinə görə, Solberq restoranı özü seçib.

“Qanun hamı üçün eyni olsa da, heç də hamı qanun qarşısında bərabər deyil”, – Saeverud cərimə qərarını belə əsaslandırıb.

Səhvini etiraf edir

Artıq ikinci müddətdir baş nazir olan Solberq etiraf edib ki, partinin təşkili zamanı “qaydaları yaxşı nəzərdən keçirməyib”.

“Mən hər gün Norveç xalqının qarşısına çıxaraq onlara pandemiyaya nəzarət haqqında danışıram, qaydaları da daha yaxşı bilməliydim”, – Baş nazir NRK dövlət televiziyasına deyib.

Norveçdə bayırda 10 nəfərdən artıq adamın yığışması qadağandır. Fevralın sonunda Geilo dağ kurortunda keçirilən partidə isə 13 nəfər olub.

Başqa heç kəs partidə iştiraka görə cərimələnməyib. Partinin keçirildiyi restoranın da qanunu pozduğu aşkarlanıb, amma cərimə edilməyib.

Solberq Norveçdə pandemiyanın kökünü kəsmək üçün sərt qadağalar tərəfdarıdır. Bu ölkə Avropada yoluxma və ölüm hallarına görə ən aşağı göstəricilərin olduğu ölkələr sırasındadır.

Bu ilin ilk üç ayı ərzində yoluxmalarda artım hökuməti martın sonunda məhdudiyyətləri sərtləşdirməyə vadar etdi.

XS
SM
MD
LG