Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 19:37

Prezident: 'Yenə də bizi aldatdılar'


Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü. Moskva. İyun 2016
Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü. Moskva. İyun 2016

"Biz Ermənistana şans verirdik. Hələ 2016-cı ildə aprel döyüşləri zamanı şans verdik".

Bunu bu gün, aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edərkən prezident İlham Əliyev deyib.

Azərbaycan dövlət başçısının vurğulamasına görə, həmin vaxt Ermənistan rəhbərliyi acı məğlubiyyətdən sonra ona torpaqları qaytarmaq sözü verib: "O vaxt aprel döyüşləri gedə-gedə onlar gecə-gündüz Moskvaya, Rusiyanın Baş qərargah rəisinə zəng edirdilər ki, Azərbaycana deyin müharibə dayansın, yalvarırdılar. Biz o şərtlə dayandırdıq ki, dərhal danışıqlar başlasın və başlamışdır. Müharibə dayanandan bir ay sonra Vyanada artıq Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri səviyyəsində görüş keçirilmişdir. Nə üçün o vaxta qədər bu səviyyədə görüş keçirilmirdi?".

İlham Əliyev cəbhədə baş verənlərdən danışır
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00

Prezident sonra da deyib: "İyun ayında Rusiyada zirvə görüşü keçirildi. Sarkisyan (Ermənistan prezidenti) mənə söz vermişdi ki, ona iki həftə vaxt lazımdır: "Mən söz verirəm ki, bunu həll edəcəyəm". Dedim: "yaxşı". Çıxdı getdi. Ondan sonra orada ya özləri təşkil etmişdilər, ya da özü-özlüyündə belə bir hadisə baş vermişdir, polis bölməsini zəbt etmişdilər. Bunu bəhanə gətirərək imtina etdi. Yenə də bizi aldatdılar. Tək Sarkisyan yox, onların hamısı".

Prezident İ.Əliyev bu gün, aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib.

Parkda Ermənistan ordusuna məxsus olduğu bildirilən tank, "Qrad" qurğuları, top və digər hərbi texnika nümayiş etdirilir.

Xatırlatma

ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olub. ABŞ, Rusiya və Fransa qurumda həmsədrdir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Daha sonra 2016-cı il aprelin 2-dən 5-nə kimi cəbhədə yenidən ağır döyüşlər bərpa olunub. Rusiyanin vasitəçiliyi ilə yenidən atəşkəsin bərpa olunduğu bu döyüşlərdə Azərbaycan strateji Lələtəpə yüksəkliyini azad etmişdi.

Ötən il 44 günlük müharibə, sonrakı razılaşma nəticəsində isə Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG