Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 01:40

Ermənistan Bakıda hərbi qənimətlər parkının açılmasını pisləyir


Ermənistan Xarici İşlər Nazirliyi
Ermənistan Xarici İşlər Nazirliyi

“Bakıda Dağlıq Qarabağ müharibəsinə həsr olunmuş parkın açılışı və bu mərasimdə Azərbaycan prezidentinin çıxışı göstərir ki, bu akt müharibədə həlak olanların, itkin və əsir düşənlərin xatirəsinin açıq şəkildə alçaldılmasına, onların ailələrinin hüquq və ləyaqətinin pozulmasına yönəlib”.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, Ermənistan Xarici İşlər Nazirliyinin aprelin 13-də verilmiş bəyanatında belə deyilir.

Bəyanatda qeyd olunur ki, sözü gedən parkda Ermənistanın hərbi texnikası ilə yanaşı əsgərlərin şəxsi əşyaları və dəbilqələri də nümayiş etdirilib.

Ermənistan XİN-in bəyanatında bildirlir ki, “Azərbaycanın Qarabağa qarşı apardığı müharibənin nəticələrinin hələ aradan qaldırılmadığı və Azərbaycanda çox sayda erməni əsirin saxlandığı bir vaxtda soyğunçuluq elementlərinin əks olunduğu belə bir ekspozisiyanın təşkili Azərbaycanın ümumdünya dözümsüzlük və ksenofobiya məkanı kimi adını əbədilik təsdiq etmiş olur”.

Bəyanatda vurğulanır ki, “bu sayaq davranış Azərbaycan rəhbərliyinin sülh, dözümlülük və çoxmədəniyyətlilik barədə istənilən bəyanatlarından və apardığı PR kampaniyalardan daha bariz görünür”.

Beynəlxalq qurumlara şikayət ediləcək

Ermənistan XİN bildirir ki, “Azərbaycan rəhbərliyi bir yandan Ermənistan tərəfindən mümkün revanşızmdən danışır, digər tərəfdən isə belə bir sərgi ilə revanşizmi, insana nifrəti və millətlərarası nifrəti əbədiləşdirmiş olur”.

“Bu cür addımlar Azərbaycan rəhbərliyinin postkonflikt vəziyyətinə, regional sülhə və barışa dair öz deklarativ bəyanatlarından nə qədər uzaq olduğunu göstərir”.

Bu arada Ermənistan ombudsmeni bildirib ki, Bakıda açılmış sərgi ilə bağlı beynəlxalq qurumlara müraciət ediləcək.

Ombudsmen Arman Tatoyan deyib ki, sərgi Azərbaycanın apardığı “erməniyə nifrət və soyqırımı” siyasətinin sübutudur.

Tatoyan bildirib ki, sərgi Ermənistan və Artsax (Dağlıq Qarabağ - red) ermənilərinə qarşı nifrəti qızışdırmaq üçün təşkil edilib.

Bakı Yerevana Hərbi Qənimətlər Parkı ilə bağlı cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti Ermənistan Xarici İşlər Nazirliyinin Bakıda Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı bəyanatına münasibət bildirib.

Qurum qeyd edib ki, Hərbi Qənimətlər Parkının açılışı və 44 günlük vətən müharibəsi zamanı qənimət götürülən texnikanın nümayiş etdirilməsi ilə bağlı Ermənistan XİN-in isteriyası “bu ölkənin Azərbaycana qarayaxma cəhdlərinin heç bir hüdudunun olmadığını göstərir”.

Bəyanatda habelə vurğulanıb ki, Azərbaycan 30 ilə yaxın qanunsuz işğal altında saxlanılan ərazilərini beynəlxalq hüququn ona verdiyi haqla azad edib:

“...Əlbəttə, dünya təcrübəsində də geniş şəkildə qəbul olunduğu kimi, bu şanlı Zəfərin paradlar, parklar, muzeylər və digər vasitələrlə əbədi yaşadılması bizim mənəvi haqqımızdır...”

Bayraktar dronları Türkiyə ilə Kanada arasında müzakirəyə səbəb olub
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Açıqlamaya görə, bu parkın və burada sərgilənən kompozisiyaların verdiyi ismarış birmənalıdır:

“Dövlətə qarşı həyata keçirilən təcavüz siyasəti və qanunsuz işğal üzərində çalınan böyük Qələbə beynəlxalq hüququn təntənəsidir”.

Həmçinin qeyd edilir ki, Azərbaycanın azad edilmiş ərazilərində Ermənistan tərəfindən törədilən məqsədyönlü dağıntı və talan siyasətinin nəticələri bugün bütün dünyanın gözləri qarşısındadır.

Bəyanatda Ermənistan tərəfinin dilə gətirdiyi hərbi əsirlər mövzusuna da toxunulur:

“Ermənistan hökumətinin də imza atdığı üçtərəfli bəyanatdan bir ay sonra Azərbaycan ərazilərinə terrorçuluq məqsədilə göndərilən diversant qrupunun üzvləri “hərbi əsir” hesab oluna bilməz, bunu dəfələrlə bəyan etmişik. Azərbaycan hər zaman öz öhdəliklərinə sadiqdir, 10 noyabr 2020-ci il tarixli birgə bəyanatın icrası ilə bağlı bütün tədbirləri həyata keçirir, o cümlədən erməni hərbi əsirləri qısa müddət ərzində Ermənistan tərəfinə qaytarıb...”

Xatırlatma

2020-ci ildə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG