Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:36

AstraZeneca vaksini üçün bir gündə iki pis xəbər


Danimarka bütün dünyada ilk ölkə olaraq aprelin 14-də AstraZeneca vaksinindən istifadəni birdəfəlik dayanandırıb.

Bundan başqa Avropa Komissiyasının prezidenti aprelin 14-də bəyan edib ki, Brüssel sözü gedən şirkətlə kontraktını gələn ildən uzatmayacaq.

Danimarka rəsmiləri bildirirlər ki, İngiltərənin Oksford Universitetinin hazırladığı AstraZeneca vaksinindən istifadəni preparatla pasientlərdə nadir qan laxtalanması arasında mümkün əlaqəyə görə dayandırırlar.

Reuters yazır ki, Danimarka bundan əvvəl, martın 11-də AstraZeneca vaksinin vurulmasını müvəqqəti dayandıran ilk Avropa İttifaqı ölkəsi olmuşdu.

Avropada dərman preparatlarına nəzarət edən rəsmi qurum – EMA bildirmişdi ki, vaksinlərin arasında ən ucuzu olan AstraZeneca-nın faydaları onun mümkün fəsadlarını xeyli üstələyir.

Peyvəndləmənin yaş faktoru

Avropa İttifaqının bir sıra ölkələri – Fransa, Almaniya, İrlandiya, İtaliya, İspaniya və Niderland AstraZeneca vaksinindən istifadəyə yaş həddi tətbiq edirlər.

Sözü gedən ölkələrdə bu vaksinlə yalnız 55-60 yaş arasında olan pasientlər peyvəndlənir.

Britaniyanın özündə vaksindən yaşı 30-dan az olanların peyvəndində istifadə edilmir.

Portuqaliya təklif edib ki, bütün ittifaq ölkələri AstraZeneca vaksinin yalnız yaşı 60-dan çox olanlara vurulması barədə vahid qayda qəbul etsinlər.

Ləngimə olacaq

Reuters yazır ki, Danimarkanın AstraZeneca vaksinindən istifadəni dayandırması bu ölkədə peyvəndləmə proqramını avqustun əvvələrinədək ləngidəcək.

Bundan əvvəl əhalinin peyvəndlənməsini iyunun 25-dək başa çatdırmaq nəzərdə tutulmuşdu.

Danimarka bu arada yoluxmaların azalması səbəbi ilə karantin qaydalarını yumşaldıb.

Bu ölkədə 5.8 milyonluq əhalinin 1 milyonuna vaksinin ilk dozası vurulub.

Onların 77 faizinə Pfizer-BioNTech, 7.8 faizinə Moderna və 15.3 faizinə AstraZeneca vuruluib.

AstraZeneca ittihamları qəbul etmir

Danimarka aprelin 14-də habelə Johnson and Johnson vaksininin vurulmasını dayandırıb.

ABŞ ekspertlərinin qənaətinə görə bu vaksin də nadir qan laxtalanması yarada bilər.

AstraZeneca şirkətinin sözçüsü deyib ki, “biz Danimarkanın qəbul etdiyi qərara hörmətlə yanaşırıq”.

Sözçü əlavə edib ki, hansı vaksindən istifadə etmək hər bir ölkənin müstəsna hüququdur.

AstraZeneca vaksininin Avropa İttifaqı boyunca da işləri lazımınca yaxşı getmir.

Brüssel bu şirkəti kontrakt öhdəliklərini yerinə yetirməməkdə günahlandırır. AstraZeneca bu ittihamları qəbul etmir.

Pfizer-in “bazarı” gətirib

Avropa Komissiyasının rəhbıəri Ursula von der Leyen deyib ki, onun ofisi diqqətini “effektivliyi sübut olunmuş texnologiyalara” yönəldəcək.

O yaxşı vaksinlərə misal olaraq mRNT əsaslı BioNTech-Pfizer-in adını çəkib.

Xanım Von der Leyen deyib ki, BioNTech-Pfizer “daha etibarlı” partnyor olduğunu sübut edib.

Avropa Komissiyasının sözçüsü bildirib ki, Pfizer şirkəti ilə 2021-2023-cü illər üçün 1.8 milyard dozalıq kontrakt imzalanacaq.

Sözçü vurğulayıb ki, bu vaksinin bütün komponentləri Avropa məkanında hazırlanır.

Vaksin pasportları

Bununla belə komissiya bildirib ki, Avropa İttifaqı üzrə öhdəlik tam yerinə yetirilməyincə, AstraZenaca vaksininin blok xaricinə ixrac edilməsinə yol verilməyəcək.

Lakin Avropa İttifaqının liderləri belə bəyanatların aşırı sərt olduğunu deyiblər. Onlar qeyd edirlər ki, Pfizer şirkətinin vaksinində Britaniyadan gətirilən bəzi xammal materialından istifadə edilir.

Avropa Komissiyası habelə J&J şirkətindən vaksinlə təchizatın ləngidiyənə dair “gözlənilməz bəyanatın” izahatını tələb edib.

Avropa hökumətləri habelə “rəqmsal vaksinasiya şəhadətnamələri” barədə razılığa gəliblər.

Onların firkincə bu, son nəticədə “vaksin pasportlarının” tətbiqinə yol açacaq.

XS
SM
MD
LG