Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:51

ABŞ-da böyüklərin hamısı vaksin vurdura bilər


ABŞ-da Pasxa festivalı, 4 aprel, 2021-ci il
ABŞ-da Pasxa festivalı, 4 aprel, 2021-ci il

ABŞ-da böyüklərin yarısına COVID-19-a qarşı vaksinin azı bir dozasının vurulduğu bildirilir

Hindistan paytaxtı Nyu Dehlidə karantin sərtləşdirilib. 1.3 milyard əhalisi olan ölkədə pandemiya ilə bağlı vəziyyət pisləşməkdədir.

Dehlinin baş naziri Arvind Kecrival vəziyyəti “çox kritik” adlandırıb. “İndi karantin tətbiq etməsək, fəlakət böyüyə bilər”, – o deyib.

Onminlərlə miqrant qatar və avtobuslarla doğma kəndlərinə üz tutublar. Bu isə onların virusu daha da yayacağı ilə bağlı narahatlığı artırıb.

“COVID tədbirlərinin hamısı küləyə sovruldu”, – “Times of India” nəqliyyat hablarındakı xaotik vəziyyətlə bağlı yazıb.

Karantin şərtləri

29 milyon əhalisi olan şəhərdə karantin həftəsonu başlanıb, daha bir həftəliyə uzadılıb. Ərzaq və dərman mağazalarından başqa demək olar hər yer bağlanır. Adamlar bir neçə səbəbi çıxmaqlar evlərini tərk edə bilməzlər.

Ancaq əhalinin aeroport və dəmiryolu stansiyalarına getməsinə icazə verilir. Sonuncu karantində miqrantlar doğma kəndlərinə piyada getməli olmuşdular.

Ötən il bir neçə ay çəkmiş karantin hökumətə dərin iqtisadi təsir göstərib.

Hazırda ölkədə günə 250 minədək yoluxma, yeddi günə ortalama 1200-dən çox ölüm qeydə alınır. Amma real rəqəmlərin daha böyük olduğu bildirilir.

Vaksin vurulur, bəs hökumət təsirini ölçürmü?
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

Hökumət mayın 1-dən yaşı 18-dən yuxarı olanlar üçün peyvəndləmə elan edəcəyini bildirib. Hindistanda indiyədək 120 milyon doza vaksin vurulub.

Braziliya, Türkiyə, İran və Kanada da yoluxmaların artmasıyla mübarizə aparır.

Avropada üçüncü dalğa davam etdiyindən müxtəlif qadağalar qüvvədə qalır.

Aprelin 19-dan Portuqaliyada restoranlar, kafelər və pabların fəaliyyətinə bəzi məhdudiyyətlərlə icazə verilib.

Böyük ticarət mərkəzləri, teatrlar, kinoteatrla, orta məktəblər və universitetlər də son üç ayda ilk dəfə olaraq yenidən açılıb.

Avropa, ABŞ

İsveçrədə, Slovakiyada da həyat tədricən normala qayıdır.

ABŞ Prezidenti Co Bayden artıq böyüklərin hamısının vaksin vurdura biləcəyini elan edib.

“Yetərincə vaksin var, qorunmalısınız, qonşularınızı və ailənizi də qorumalısınız. Xahiş edirəm, vaksin vurdurun”, – Bayden Ağ evin aprelin 19-da yaydığı videoda deyir.

ABŞ-da böyüklərin yarısına COVID-19-a qarşı vaksinin azı bir dozasının vurulduğu bildirilir.

Avropa Birliyinin üzvü Avstriya isə aprelin 20-də bəyan edib ki, avqustadək Qərbi Balkanlarda altı ölkəyə 651 min doza Pfizer/BioNTech vaksini göndərməyi planlaşdırır. Bu, AB-nin qonşu ölkələrə və Afrikaya yardım sxemi çərçivəsində həyata keçiriləcək.

Vyana birinci partiyadan sonra da vaksin göndərəcəyini istisna etmir.

Altı Qərbi Balkan ölkəsindən bircə Serbiyada vaksinasiya səviyyəsi yüksəkdir. Albaniya, Bosniya, Monteneqro, Şimali Makedoniya və Kosovoda isə proses ləng gedir. Vaksin qıtlığı Bosniyada etirazlar da səbəb olub.

XS
SM
MD
LG